Orta illik inflyasiya 2,2% olub - Baş nazir
Xanım məmur həbs olundu
Hər üç şəxs şübhəli şəxs qismində tutulub - Prokurorluq
Bu qurum itlərinə 220 min manat pul xərcləyir
Yasamalda səkilər də satılır - Foto
“Artıq kifayətdir“ - Egede Trampa səsləndi
Ukrayna pilotsuz aparatlarla Moskvaya hücum edib
15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub
“Boranı“ restoranında yanğın söndürülüb
Gənc şair Həsən Kürdən xəbər var


24.05.2021  11:43 

“Məğlubiyyətdə təkcə Paşinyan günahkar deyil” - Ter-Petrosyan





A+  A-

Ermənistanın ilk Prezidenti Levon Ter-Petrosyan Qarabağda 44 günlük müharibədəki məğlubiyyətdə yalnız Nikol Paşinyanın günahkar olmadığını bildirib.
XəzərNews.az xəbər verir ki, ilur.am saytına müsahibəsində Ter-Petrosyan Paşinyanın sələflərini də bu məğlubiyyətdə iştirak etməkdə təqsirləndirib. Söhbət, xüsusilə bir neçə ay əvvəl Paşinyanı devirmək məqsədilə yaranan “Vətənin xilası hərəkatı”nı yaradan siyasi qüvvələrdən gedir. O bildirib ki, müxalifət Paşinyanı zəiflətməklə Bakının xeyrinə oynayır.

Petrosyan qeyd edib ki, Paşinyanın müxalifləri onu məğlubiyyətdə günahlandıranda həqiqətin yarısını səsləndirirlər - əslində Nikol Paşinyanı özlərinin yaratdıqlarını, onların fikirlərinin nəticəsi olduğunu qəbul etmək istəmirlər.

Ter-Petrosyana görə, 1997-ci ildən bəri Ermənistandakı bütün siyasi qüvvələr Qarabağ problemininin layiqli və əlverişli həll olunması üçün bütün cəhd və təşəbbüsləri məhv ediblər. Bu qüvvələr Qarabağdakı status-kvonu qorumaq və hər hansı bir kompromisi rədd etmək siyasətini tətbiq ediblər. Nəticədə ölkəni bugünkü fəlakətə sürükləyiblər.

Petrosyan Ermənistan hökuməti və diasporunun məğlubiyyətdən heç bir nəticə çıxarmadıqlarını sözlərinə əlavə edib.

Müharibədən sonrakı ritorika yenə xarici dünyadan boş, mənasız gözləntiləri, Türkiyə və Azərbaycana qarşı təhdidləri ehtiva edir. Ter-Petrosyan bu tendensiyanın seçki kampaniyası dövründə daha da güclənəcəyinə şübhə etmir ki, bu da vəziyyətin yaxşılaşacağına ümid etməyə imkan vermir. Bu isə o deməkdir ki, erməni xalqını yenidən itkilər və məyusluq gözləyir.

Xatırladaq ki, Ermənistanda parlament seçkilərinin iyunun 20-də keçirilməsi planlaşdırılır.

Xəbər 2228 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +