“Rusiya İranı məhvə aparır”
Zelenski ukraynalı müsəlmanlarla iftar yeməyində - Foto
Deputat heyvan kəsimində yaş həddi təklif edir
Orta illik inflyasiya 2,2% olub - Baş nazir
Xanım məmur həbs olundu
Hər üç şəxs şübhəli şəxs qismində tutulub - Prokurorluq
Bu qurum itlərinə 220 min manat pul xərcləyir
Yasamalda səkilər də satılır - Foto
“Artıq kifayətdir“ - Egede Trampa səsləndi
Ukrayna pilotsuz aparatlarla Moskvaya hücum edib


02.12.2020  09:16 

Koronavirusa qalib gəlməyə kömək edən qidalar





A+  A-

Hər gün minlərlə ölkə vətəndaşı yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxur və onların sayındakı artım səviyyəsi ciddi narahatlıq doğurur. İnfeksiyaya yoluxanlar tez bir zamanda xilas olmaq üçün ilk növbədə, qidalanmaya diqqət yetirməklə immunitetini gücləndirmək qayğısına qalmalıdır. Təcrübə göstərir ki, COVID-19 xəstələri həkim nəzarətində olmaqla yanaşı həm də qidalarına fikir verməlidirlər.
XəzərNews.az Azərtac-a istinadən xəbər verir ki, həkim-diyetoloq Ləman Süleymanovanın fikrincə, koronavirusa yoluxanların gündəlik qida rasionuna bitki mənşəli yağların əlavə olunması zəruridir:

“Lakin kətan, zeytun və kərə yağı da daxil olmaqla yeməklərin tərkibində müxtəlif növ yağların miqdarına xüsusi diqqət yetirmək lazımdır. Bundan başqa hüceyrələri yeniləyən, bağırsaq iltihabını aradan qaldıran, xolesterini azaldan avakado belə vaxtda ən qiymətli meyvələrdən biri hesab olunur. Un məmulatları, o cümlədən müxtəlif növ şirniyyatlarla qidalanmaq koronavirusdan sağalma prosesini ləngidir. Orqanizmi zəiflədən həmin şirin məhsullardan, xəmir xörəklərindən və digər oxşar qidalardan tamamilə imtina edilməli, daha faydalı qidalara üstünlük verilməlidir. Əks halda, xəstəlik daha uzun müddət davam edə bilər”.

Onun dediyinə görə, koronavirusa yoluxanların masasında toyuq, balıq və krevetlər, müxtəlif növ dənli bitkilər, tərəvəz salatları, göyərti və C vitamini ilə zəngin olan meyvə əskik olmamalıdır. Narıngi, portağal, kök və kividən istifadə etmək də faydalıdır. Tərkibində bol vitaminlər və zülallar olan həmin qidalar xəstəliyə qalib gəlməyə kömək edir.

Xəbər 1695 dəfə oxunub.



14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +