“Rusiya İranı məhvə aparır”
Zelenski ukraynalı müsəlmanlarla iftar yeməyində - Foto
Deputat heyvan kəsimində yaş həddi təklif edir
Orta illik inflyasiya 2,2% olub - Baş nazir
Xanım məmur həbs olundu
Hər üç şəxs şübhəli şəxs qismində tutulub - Prokurorluq
Bu qurum itlərinə 220 min manat pul xərcləyir
Yasamalda səkilər də satılır - Foto
“Artıq kifayətdir“ - Egede Trampa səsləndi
Ukrayna pilotsuz aparatlarla Moskvaya hücum edib


13.07.2017  09:57 

Nazirlik araşdırma apardı - Ağacı kəsən məmur imiş...





A+  A-

Ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən növbəti araşdırma aparılıb.
XəzərNews.az-a ETSN-dən daxil olan məlumata görə, aparılan araşdırma zamanı Xətai rayonu, Əbilov küçəsi 12 ünvanında, yaşayış binasının yan tərəfindəki yaşıllıq sahəsində yaşköküstə 12-24 sm diametrliyində tut, dəfnə, zeytun, əncir cinsli 4 ədəd ağacın və 6 ədəd nar kolunun qanunsuz kəsildiyi aşkar edilib.

Ağacların ərazidə tikinti aparan Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 85 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Zahid Bədəlov tərəfindən kəsildiyi məlum olub. Lakin o, yaşıllıq sahəsində aparılan tikinti ilə bağlı hansısa bir sənəd təqdim etməkdən imtina edib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunaraq ağac və kolların məhv edilməsinə görə ona 6600 manat məbləğində ziyan tətbiq edilib.

Qanun pozuntusu ilə bağlı məsələyə hüquqi qiymət verilməsi və Z.Bədəlov barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Qeyd edək ki, hər hansı bir obyektin tikintisi ilə bağlı torpaq sahəsi ayıran orqan tərəfindən ərazidə yaşıllıq olub-olmaması nəzərə alınmalı, qanunvericiliyə uyğun olaraq həmin torpaq sahəsinin mövqe planı ETSN ilə əvvəlcədən razılaşdırılmalıdır. Lakin bu tələbə riayət edilmədən torpaq mülkiyyətçiləri tərəfindən torpaq sahələrinin ayrılması və tikinti aparılması nəticəsində yaşıllıqların məhvinə şərait yaradılır.

Xəbər 1118 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +