“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq
“Yelo Bank”ın filialında müdir müştərini döyüb
Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?


28.03.2024  16:08 

Xalq artisti valideynlərə və müəllimlərə müraciət edib





A+  A-

Autizmli Kənana qarşı şiddət göstərənlər cavab verəcəklər, əlbəttə. Nəticədə ciddi düşünək - insanlıq, mərhəmət, haldan anlama və s. dəyərlər cəmiyyətimizdə nə qədər yetərincə təbliğ olunur?!

Xəzərnews.az Publika.az-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva ötən günlərdə paytaxtda yerləşən ticarət mərkəzlərindən birinin sanitar qovşağında döyülən autizmli yeniyetmə haqqında danışarkən deyib.

Bu barədə sosial mediada videomüraciət paylaşan ulduz izləyicilərini daha diqqətli və həssas olmağa səsləyib.

"Bu hadisələr onu göstərir ki, ailələrdə təbliğ olunan sevgi-mərhəmət dəyərləri yetərincə deyil. Valideynlərimizə, məktəblərimizə və müəllimlərimizə üzümü tutub demək istəyirəm ki, biz uşaqlarımıza nə qədər sevgi-mərhəmət aşılaya bilirik? Autizm, daun sindromlu və ya digər səbəblərlə dünyaya gələn insanlar bu cəmiyyətin insanlarıdır, bu xalqın övladlarıdır. Onlar da sevgi, qayğı görməlidirlər. Öz spesifik yaradılışlarına görə fərqlidilər. Yeri gələndə, onlar bizdən də istedadlıdırlar, biz buna dəyər verməliyik", - artist paylaşımında vurğulayıb.


Xəbər 3635 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +