Nüvə silahından istifadə son çarədir - Müdafiə naziri
“Top İran tərəfindədir“ - Siyasi şərhçi
Paşinyan sülh müqaviləsini imzalamağa hazırdır
Rusiya Kiyevdən siqnal gözləyir - Peskov
“Azər-Aqro LTD”nin bazarı bağlandı - Video
Çingiz Qənizadə sədr seçildi
Vatikan yeni Papanı bu tarixdə seçəcək
Zelenski və Putin Trampı niyə məyus edir?
Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə
Hər iki ölkə əlaqələrin inkişafı üçün səy göstərməlidir - Əliyev


18.09.2017  11:16 

Dünyada 815 milyon insan aclıqdan əziyyət çəkir





A+  A-

Dünyada aclıq çəkən insanların sayı getdikcə artır.
XəzərNews.az xəbər verir ki, aclıqla üzləşən insanların çoxu müharibələrin getdiyi ölkələrdə yaşayır. Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (IFAD), BMT-nin Uşaq Fondu (UNICEF), Dünya Qida Proqramı (WFP) və Dünya Sağlamlıq Təşkilatı (ÜST) tərəfindən hazırlanmış “Dünyada ərzaq təhlükəsizliyi və qidalanma vəziyyəti 2017 hesabatı”na görə iki il öncə dünyada qida çatışmazlığından əziyyət çəkənlərin sayı 777 milyon idisə, ötən il bu rəqəm 815 milyona yüksəlib.

FAO dünyada iqlim dəyişkənliyi və müharibələrin aclıq səviyyəsini artırdığını bəyan edib. Asiya qitəsində təxminən 520 milyon, Afrikada 243 milyon, Latın Amerikası və Karib dənizi bölgəsində 42 milyondan çox sakin aclıqdan əziyyət çəkir.

Hesabata görə, Afrikanın 20, Asiyanın 11,7, Latın Amerikası və Karib dənizi bölgəsinin 6,6 faizi qida çatışmazlığı ilə üz-üzədir.

Xəbər 1623 dəfə oxunub.




28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +