Bu yolda sürət həddi 20 km/saat endirilib
Pezeşkianın Bakı səfərində dəyişiklik
Nazirlik 492 müəllimi işdən çıxartdı
“VMR Klinikası”nın rəhbəri ilə bağlı ilginc faktlar
Rusiya heç bir hazırlıq nümayiş etdirmir - Zelenski
KOBİA İdarə Heyətinin sədrinə I müavin təyin edildi
Ermənilər mövqelərimizi atıcı silahlardan atəşə tutub
Sabiq icra başçısının Avropada biznesi üzə çıxdı
Son 2 gün: Kartlardan 12 min manat oğurlandı
Prezident konfrans iştirakçılarına müraciət etdi


28.10.2023  22:11 

Gəncəyə uçan təyyarə Volqoqradda təcili eniş etdi





A+  A-

Rusiyanın Moskva şəhərindən Gəncəyə uçan “Aeroflot” aviaşirkətinə məxsus təyyarə Volqoqrad Hava Limanına təcili enib.

Xəzərnews.az xəbər verir ki, buna səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub.

Qeyd edilib ki, yerli vaxtla saat 13:55-də Moskvadan havaya qalxan təyyarə Volqoqrad Beynəlxalq Hava Limanına enib. Komandir dispetçerə 29 yaşlı sərnişinin huşunu itirdiyini bildirib.

Həkim briqadası tez bir zamanda kişini 25 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb. Hərtərəfli müayinədən sonra kişi ambulator müalicəyə göndərilib.

Volqoqrad Beynəlxalq Hava Limanı bildirib ki, təyyarə saat 14:00-da Volqoqrada eniş edib və bütün prosedurlar yerinə yetirildikdən sonra saat 15:37-də yenidən havaya qalxıb./Oxu.az

Xəbər 1350 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +