Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Pezeşkian
Pezeşkianın səfəri radikal şovinistlərin at oynatdığı dövrdə baş verir – Şərh
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü
Prezidentlərin geniş tərkibdə görüşü başlayıb
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub
Bu yolda sürət həddi 20 km/saat endirilib


18.05.2023  15:13 

Nazirə “9 metrdən qol vuran” jurnalist danışdı





A+  A-

Jurnalist Zülfiyyə Mustafayevanın Elm və təhsil naziri Emin Əmrullayevlə polemikası müzakirələrə səbəb olub. Jurnalistin mətbuat konfransında naziri tənqid etməsi sosial şəbəkələrdə gündəmə çevrilib.

XəzərNews.az xəbər verir ki, Z.Mustafayeva Yenisabah.az-a açıqlamasında adı ətrafında ajiotajın yaranmasından təəccübləndiyini bildirib. Jurnalist deyib ki, o, karyerası boyunca dəfələrlə yüksək rütbəli məmurların keçirdiyi mətbuat konfranslarında iştirak edib və daha sərt suallar verib.

Z. Mustafayevanın sözlərinə görə, həmin gün sual vermək niyyəti olmayıb:

“Məndən əvvəl həmkarlarım nazirə 10-12 sual verdilər. Amma Emin Əmrullayev heç bir suala konkret cavab vermədi. O sualları dinləsə də, mahiyyəti üzrə danışmırdı. Mətbuat konfransları rəsmi statistikanın sadalandığı məkan deyil. Biz jurnalistlər bu cür məlumatları nazirliyin saytından da əldə edə bilərik. Buna görə jurnalistlərlə bir araya gəlməyə, vaxt itirməyə ehtiyac yoxdur. Nazir konkret problemlərdən danışmalı idi, lakin bizi bunun şahidi olmurduq”.

“Arxa cərgədə oturmuşdum, nazir danışanda məni yuxu basmışdı. Gördüm ki, nazir həmkarlarımın heç bir sualına təyinatı üzrə cavab vermir. Bundan sonra ayağa qalxıb sual verməyə ehtiyac duydum. Hesab etmirəm ki, nazirlə hansısa formada sərt dialoqa girdim, əksinə, normal sualımı verdim. Ehtiyac olarsa, gələcəkdə də Emin Əmrullayevin mətbuat konfransına qatılıb cəmiyyəti narahat edən sualları səsləndirəcəyəm”, - müsahibimiz söyləyib.

Z.Mustafayeva nazirlə polemikasından razı qaldığını bildirib. Onun sözlərinə görə, nazir jurnalistlə etika çərçivəsində danışdığı, onun sözünü kəsmədiyi üçün fikrini sona qədər ifadə edib.

Xəbər 1030 dəfə oxunub.




28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +