Pezeşkianın səfəri radikal şovinistlərin at oynatdığı dövrdə baş verir – Şərh
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü
Prezidentlərin geniş tərkibdə görüşü başlayıb
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub
Bu yolda sürət həddi 20 km/saat endirilib
Pezeşkianın Bakı səfərində dəyişiklik


30.03.2018  11:06 

Coğrafiya İnstitutunun direktoru jurnalistləri TƏHQİR ETDİ - ““küçük”, “bezdarnı”...”





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ESTN) hava şəraitindəki kəskin dəyişikliklə bağlı əhaliyə xəbərdarlıq edib.
XəzərNews.az bildirir ki, Modern.az saytının əməkdaşı mövzunu davam etdirmək, əhalinin narahatlığı ilə bağlı suallara cavab almaq üçün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədova müraciət edib.

Salamlaşıb hal-əhval tutduqdan sonra Ramiz Məmmədova küləkli hava şəraitinin hansı hallarda daha ciddi təhlükə yaratdığı və digər bu kimi suallar ünvanladıq.
O isə suallara cavab vermək əvəzinə Azərbaycan jurnalistlərinin ünvanına təhqirlər yağdırmağa başladı və telefonu qapatdı.

İnstitutut direktorundan gözlənilməz münasibəti aydınlaşdırmaq üçün yenidən ona zəng etdik. Və Ramiz Məmmədova ilk dəfə zəng etdiyimizi xatırladanda söylədikləri bunlar oldu:

“Siz jurnalistlər hamınız məni biabır etmisiniz. Nə açıqlama verəcəm?! Azərbaycan jurnalistləri “bezdarnı”, savadsız, heç nəyə yarayan deyillər. Azərbaycanda bir dənə də olsun jurnalist yoxdur”.

Onun dediklərinin ayıb olduğunu bildirdikdə isə “bayaq “küçük” sözü dedim haaa, Azərbaycandakı jurnalistlər o sözdən artığına layiq deyillər. Elə beləcə də yaz!” söylədi...

Cəmiyyətə nümunə olacaq elm ocağının rəhbəri, akademik titulu daşıyan şəxs nalayiq sözləri deyib, telefonu qapatdı...

Xəbər 1826 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +