Azərbaycanlı idmançı yeniyetməni zorlamaqda ittiham olunur
Bu gün bank kartlarından 10725 manat oğurlanıb
Türkiyə İsrailin Suriyadan İranı vurmasını əngəlləyə bilər?
Bu qurumun 4 milyon vergi borcu var
Prezident İlham Əliyev İrakli Kobaxidze ilə görüşüb
Borca görə intihara cəhd etdi
Britaniyadan Ukraynaya 589 milyon dollarlıq hərbi yardım
Yaşıllıqları qanunsuz kəsdilər
Amin Quliyev Tailanda Dünya Kubokunu qazandı
“Bolt” yalan danışır?


21.02.2022  20:31 

Anamın 75 yaşına...





A+  A-

Başqalarını deyə bilmərəm, amma mənim bir yerim ağrıyanda, canım-ruhum sıxılanda Allahdan da əvvəl çağırdığım biri var. “Ay ana...” deyirəm. Bəlkə də səhv deyirəm, amma belə deyirəm.

Mənə dünyanın ən gözəl melodiyasını deyin. Mən “ananın səsi” deyirəm.
Mənə dünyanın ən doyulmaz ətrini deyin. Mən “ananın nəfəsi” deyirəm.
Mənə dünyanın ən rahat guşəsini deyin. Mən “ananın olduğu yer” deyirəm.
Mənə dünyanın ən isti bucağını deyin. Mən “ananın qucağı” deyirəm.
Mənə dünyanın ən şirin sözünü deyin. Mən “ananın “can”ını” deyirəm.
Mənə dünyanın ən nurlu üzünü deyin. Mən “ananın üzü” deyirəm.
Mənə dünyanın ən duru gözünü deyin. Mən “ananın gözü” deyirəm.
Mənə dünyanın ən təmiz, ən saf sevgisini deyin. Mən “ana sevgisi” deyirəm.
Mənə dünyanın ən intəhasız eşqini deyin. Mən “ana eşqi” deyirəm.
Mənə dünyanın ən izaholunmaz məhəbbətini deyin. Mən “ananın özü” deyirəm.
Mənə dünyanın ən yenilməz gücünü deyin. Mən “ana duası” deyirəm.
Mənə dünyanın ən yaxın dostunu deyin. Mən ona “ana” deyirəm.
Mənə dünyanın ən munis sirdaşını deyin. Mən ona “ana” deyirəm.
Mənə dünyanın ən sirli kəlamını deyin. Mən ona “ana” deyirəm.
Məndən mələyi soruşun. “Ana” deyəcəm.
Məndən Tanrını soruşun. “Ana” deyəcəm.
Məndən cənnəti soruşun. “Ana” deyəcəm.


Qısası, mənə dünyanın elə bir gözəlliyini, elə şirinliyini, elə gücünü-əzəmətini, elə qüdsiyyətini deyin ki, o, anada olmasın, analarda olmasın...

Ağlayanda da təklikdə ağlayıram. Adam arasında sevmirəm. Bəlkə də bacarmıram. Çox olub ki, əzizlərimlə-doğmalarımla hətta son ayrılıq məqamında da kimsənin gözü qabağında ağlamamışam. Bilmirəm niyə beləyəm. Nə bilim, bəlkə də utanıram. Bəlkə də qorxuram. Amma bunu dəqiq bilirəm: başımı dizinə, üzümü üzünə qoyuban qarşısında ürək dolusu, doyunca, rahat-rahat ağlaya biləcəyim, bundan qorxmayacağım, utanıb-çəkinməyəcəyim yeganə varlıq anamdır...

Bəlkə də ona görə ki, həyata onun qucağında ağlamaqla başlamışam. Hər şey də bununla başlayıb. Gözəl başlayıb. O qucaqda ağlamaq nə gözəl! İndi də istəyərəm...

Bunu da dəqiq bilirəm: məni dünyada hər şeydən çox məsud edən bir şey varsa, o da anamın sevincidir, onun təbəssümüdür, onu fərəhidir. Onun üzündə-gözündə sevinc görəndə özüm də sevincdən boğulub məsud yaşaya bilərəm. O müqəddəs südündən boğulub hələ də yaşadığım kimi...

Anam mənə deyir ki, beş-altı aylıq idin, bir dəfə səni əmizdirəndə qəfildən çeçədin, az qaldın boğulasan. Deyir, qorxub əvvəlcə öz dizimə bərk-bərk çırpdım, sonra sənin kürəyinə asta-asta, ehmalca vurdum, özünə gəldin, əvvəlcə ağladın, sonra qıç-qolunu oynada-oynada qığıldayıb güldün, mənə uçundun, qorxudan ruhu yerindən oynayan, vücudu uçunan mən də səninlə birgə ağlayıb-güldüm saniyələr içində... Deyir, sonra özüm sevincə, gözüm yaşa bələnmiş halda səni bələkqarışıq bağrıma basıb nəfəsini içimə çəkdim, qoxladım, qoxladım, qoxladım...
Deyir...

Yox, bunu da mən deyim. Ana, ən azı o vaxtdan, əslində ondan da çox-çox qabaq mənim nəfəsim sənin o əziz canında, o qüdsi vücudunda, o pak ruhunda, sən özünsə o gündən də çox-çox qabaq mənim nəfəsimdə, ruhumdasan. Əbədiyyən...

Analar haqda çox yazılıb, gözəl yazılıb. İndən belə də çox yazılacaq, özü də gözəl yazılacaq. Hər kəsə də elə gələcək ki, ən yaxşısını, ən gözəlini o yazıb. Əslində isə hər kəs özlüyündə yaxşı bilir ki, əslində heç nə yazmayıb, sadəcə yaza bilməyib. Yazmaq olur ki?! Ana haqda yalnız Tanrıdan yazdığımız qədər yaza bilərik. Çünki ananı Tanrını anladığımız qədər anlayırıq, bu qədərini bacarırırq, artığını yox...

Mam, yox, ya da səni həmişə çağırdığım kimi deyim: aymaa, 75 yaşın mübarək!

Sən mənim yer Tanrım, göy mələyimsən!
Ruhun ürəyi varsa, mənim ruhumun ürəyi sənsən!
Nəfəsin ürəyi varsa, mənim nəfəsimin ürəyi sənsən!


Dünyasını dəyişən bütün anaların ruhuna dərin ehtiram, bu dünyada bizimlə olan analara sonsuz sevgi ilə...

P.S. FB-də uzun yazmağı xoşlamıram, amma belə alındı, üzrlü bilin.

Famil Cəfərli

Xəbər 7771 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib

11.04.2025  08:20 

Ermənilər atəşkəsi pozub


BÜTÜN XƏBƏRLƏR +