Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?


08.12.2017  13:11 

Sabah yağış yağacaq





A+  A-

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a daxil olan xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 2-5, gündüz 8-10, Bakıda gecə 2-4, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan 770 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə dekabrın 11-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər 1535 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +