Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?


07.12.2017  22:18 

Fərid Qayıbov istefa verdi





A+  A-

Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilməsi ilə bağlı AGF-dəki vəzifəsindən istefa verib.
XəzərNews.az federasiyaya istinadən xəbər verir ki, yeni vəzifə ilə əlaqədar olaraq, AGF və UEG arasında maraqların toqquşmaması baxımından F.Qayıbov AGF-nin İcra Komitəsinə Baş katib vəzifəsindən azad olunması ilə bağlı müraciət edib.

Yaxın günlərdə keçirilməsi nəzərdə tutulmuş AGF-nin İcra Komitəsinin iclasında federasiyanın yeni Baş katibinin adı açıqlanacaq. Həmin günə qədər isə bu vəzifəni F. Qayıbov özü icra edəcək.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçilib. Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının 27-ci konqresi çərçivəsində keçirilən prezident seçkilərində F.Qayıbov 28 səs toplamaqla bu posta digər namizəd, 20 səs toplamış sloveniyalı rəqibini geridə qoyub.

Xatırladaq ki, F. Qayıbov 2013-cü ildə UEG-yə vitse-prezident seçilib və son 4 il ərzində həmin vəzifəni icra edib. Növbəti 4 il ərzində isə o, fəaliyyətinə 8 gimnastika növü daxil olan bu quruma rəhbərlik edəcək və avtomatik olaraq Beynəlxalq Gimnastika Federasiyasının İcra Komitəsinin üzvü olacaq.

Xəbər 1594 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +