Deyəcəksiniz ki, yox, bu hara, o hara?
Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb


30.09.2019  19:11 

”Dağlıq Qarabağ məsələsində mövqeyimiz heç zaman dəyişməyəcək” - Ali Radanın deputatı





A+  A-

“Bu günlərdə Ukrayna XİN öz vətəndaşlarına xatırlatdı ki, Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiyaya səfər etmək istəyən ukraynalılar yalnız Azərbaycan və Gürcüstanın rəsmi hakim dairələrindən icazə almalıdırlar. Ukrayna Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü tanıyır. GÜAM ölkələri Parlament Assambleyasının parlamentlərarası qrupunun üzvü və “Sluqa naroda” partiyasının deputatı kimi Ukrayna XİN-nin bu dəyişməz mövqeyinin tam dəstəkləyirik”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Vesti.Az İnformasiya agentliyinə Ukrayna XİN-nin işğal edilmiş torpaqlara qeyri-qanuni səfərlərin yolverilməzliyi barədə bəyanatına Ermənistan XİN-nin reaksiyasını şərh edərkən, Ali Radanın deputatı Maryan Zablotski deyib.

“Qeyd etmək istərdim ki, eyni fikirlər Moldavanın tərkib hissəsi olan Dnestryanı bölgəyə də aid edirik. Yaxın zamanlarda biz Azərbaycan, Gürcüstan və Moldovadan olan həmkarlarımızla birgə işğal altında olan torpaqlarımızın azadlığı naminə səylərimiz kooperasiya etmək üçün fəaliyyətə start verəcəyik. İndiki dövrdə Avropanın 4 ölkəsində başqa ölkənin işğalçı ordularının olması qəbuledilməzdir. 4 ölkədə 7 milyondan çox insan işğalçıların fəaliyyəti üzündən normal, azad və sülh şəraitində yaşaya bilmirlər. Əminəm ki, GÜAM ölkələrindən olan deputat həmkarlarımızla yaxın müddətdə torpaqlarımızın işğaldan azad edilməsi naminə birgə fəaliyyət mexanizmi işləyib hazırlamağa nail olacağıq. Bu planın ana xəttini aqressora beynəlxalq təzyiq və iqtisadi sanksiyalar təşkil etməlidir. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi olub və həmişə də belə olacaqdır. Və bu məsələdə mövqeyimiz heç zaman dəyişməyəcək!” - deyə Zablotski bildirib.

Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında Azərbaycan diasporunun rolundan danışan Zablotski qeyd edib ki, bu işdə Ukrayna azərbaycanlıları aktivlik nümayiş etdirirlər.

“Azərbaycan diasporunun rəhbəri Hikmət Cavadovu yaxşı tanıyıram. O, Ukraynada Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olmasının hamı tərəfindən anlaşılması üçün səylər göstərir. Və bu onda real olaraq, yaxşı alınır. Ümid edirəm ki, beynəlxalq aləmdə işğal olunmuş ərazilərimiz barədə beynəlxalq aləmə daha effektiv məlumat çatdırılması naminə, gələcəkdə GÜAM ölkələri diaspora təşkilatlarının səylərini birləşdirməyə nail olacağıq” - deyə, o bildirib.

Xəbər 1804 dəfə oxunub.



31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +