Deyəcəksiniz ki, yox, bu hara, o hara?
Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb


17.04.2018  15:32 

90 dövlət əmlakı özəlləşdirildi





A+  A-

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.
Komitədən XəzərNews.az-a verilən məlumata görə, bu hərraca müxtəlif çeşidli 90 dövlət əmlakı çıxarılıb. Bunlardan 26-sı kiçik dövlət müəssisə və obyekti, 29-u istifadəsiz qeyri-yaşayış sahəsi, 35-i isə nəqliyyat vasitəsi olub. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrə aid olub.

Hərracda özəlləşən əmlaklar investorlar üçün potensial gəlir mənbəyidir. Belə müəssisələrdən biri Bakının Binəqədi rayonunda yerləşən 69 saylı avtodayanacaqdır. Torpaq sahəsinin 1000 kv.m-ə yaxın olması obyektin iqtisadi rentabelliyini artıran amillərdəndir. Alıcı investisiya qoymaqla obyektin fəaliyyətini öz sahəsi üzrə, həmçinin digər sahələrdə də istifadə edə bilər.

Bundan başqa, özəlləşən Səmədabad kənd klubu da sahibi üçün qazanclı əmlakdır. Goranboy rayonunda yerləşən obyektin ümumi faydalı sahəsi 140 kv.m-ə yaxın, torpaq sahəsi isə 150 kv.m-dən çoxdur. Alıcı sərmayə yatırmaqla həmin obyektin fəaliyyətini genişləndirmək imkanına malikdir. Eyni zamanda əmlakın profilini dəyişməklə digər iqtisadi sahələrdə fəaliyyətini təmin edə bilər.

Hərracda özəlləşən qeyri-yaşayış sahələri Bakıda, Abşeronda və Sumqayıtda yerləşir. Paytaxtın Səbail rayonunda olan, ümumi faydalı sahəsi 100 kv.m təşkil edən qeyri-yaşayış sahəsi ofis üçün olduqca əlverişlidir. Bundan başqa, Nərimanov rayonunda yerləşən, ümumi faydalı sahəsi 70 kv.m-ə yaxın olan qeyri-yaşayış sahəsi də xidmət sektorunda sahibi üçün gəlir gətirə bilər. Regionlar üzrə özəlləşən qeyri-yaşayış sahələri də investor üçün kifayət qədər yararlıdır. Sumqayıtda olan, ümumi faydalı sahəsi 327 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin fəaliyyəti də xidmət sferasında uğurlu ola bilər.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac mayın 1-də keçiriləcək. Həmin hərraca 199 dövlət əmlakı çıxarılıb. Bunlardan 24-ü səhmdar cəmiyyətləri, 93-ü kiçik dövlət müəssisəsi, 73-ü qeyri-yaşayış sahəsi, 9-u isə nəqliyyat vasitəsidir.

Xəbər 1812 dəfə oxunub.




31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +