Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


11.08.2021  09:18 

Almaniyada maşinistlər tətil edir





A+  A-

Almaniyada sərnişin qatarlarının maşinistləri ümumfederal tətilə başlayıb.
Bu barədə XəzərNews.az TASS-a istinadən xəbər verir.

Bakı vaxtı ilə saat 04:00-da başlayan tətil cümə gününə keçən gecə başa çatacaq.

Ötən gündən yük qatarlarının maşinistləri tətil edirlər.

Almaniya Maşinistləri Həmkarlar İttifaqının (GDL) başçısı Klaus Vezelski dəmiryolçuların “Deutsche Bahn” konsernə olan tələblərini səsləndirib. Vezelskinin sözlərinə görə, onlar cari ildə maaşlarının 1,4 % artırılmasını və pandemiya səbəbindən 2021-ci il üçün 600 avro məbləğində birdəfəlik pul mükafatının verilməsini istəyir. Konserndə bu tələbləri “uyğun olmayan vaxtda eskalasiya” adlandırıblar.

“Deutsche Bahn” yaxın 48 saat üçün uzaq səyahət qatarlarının 75%-ni ləğv edib. Konsern tətildən zərər görəcək bütün sərnişinlərə biletləri pulsuz dəyişdirməyə söz verib.

Xəbər 1888 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +