Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


30.03.2021  10:57 

Həmkəndlisini güllələdi





A+  A-

Cəlilabad rayonunda kişi həmkəndlisini güllələyib.
Rayon prokurorluğundan XəzərNews.az-a verilən məlumata görə, martın 29-da saat 13 radələrində Cəlilabad rayonu, Hacıcavad kənd sakini, 1952-ci il təvəllüdlü Əmirov Sabir Xankişi oğluna odlu silahdan açılan atəşlə bədən xəsarəti yetirilib.

Zərərçəkmişin həmkəndlisi, 1968-ci il təvəllüdlü Məmmədov Rahib Adış oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Sabir Əmirovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Rahib Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər 1751 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +