Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


04.04.2022  21:50 

Qobuda məktəbliləri maşın vurdu - VİDEO





A+  A-

Abşeron rayonunun Qobu qəsəbəsində yolu keçən iki məktəblini maşın vurub. Hadisə anı təhlükəsizlik kamerasına anba-an düşüb. Sürətlə gələn maşın iki qıza zərblə çırpılaraq onları kənara tullasa da, xoşbəxtlikdən qızlar sağ qalıb. Hazırda uşaqların vəziyyətinin stabil olduğu bildirilir.

Abşeronda məktəbdən sonra hazırlığa gedən iki şagirdi avtomobil vurub.

Hadisə rayonun Qobu qəsəbəsində baş verib. Qəzanın anba an görüntüləri təhlükəsizlik kamerasına da düşüb. Avtomobilin vurduğu iki qız Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdləridir. Hadisə zamanı hər iki şagird müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dərhal Hökməli kənd poliklinikasına çatdırılıb.

Qobu qəsəbə 2 nömrəli tam orta məktəbindən XəzərXəbər bildirildi ki, hadisə dərsdən kənar vaxtda baş verib.

Hazırda iki şagirdin vəziyyəti stabil olaraq qalır. Faktla bağlı Abşeron rayon Polis İdarəsində apardırma aparılır.



Xəbər 1912 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +