“Atlant“ İstirahət Mərkəzinə həbs qoyuldu
Tramp Azərbaycanı alqışladı - SƏBƏB?
Penitensiar Xidmətdə ixtisarlar başlayır?
DİN-dən “uçan taksi“ ilə bağlı açıqlama....
Prezident Türkiyəyə işgüzar səfər edib
Ərinə xəyanət edən müğənnilə bağlı... - TV-də araşdırma başladı
Azərbaycan sərhədə qüvvə yığır?
Argentina Xamneyinin həbsini tələb edir
Nazim Quliyevə 8 il iş verildi
Kadırov cinayətkarın meyitini meydanda nümayiş etdirdi


16.08.2023  20:55 

BMT-də Qarabağ... - Nə baş verə bilər?





A+  A-

Bu gün saat 23:00-da BMT Təhlükəsizlik Şurasında Ermənistanın istəyi ilə “Qarabağdakı vəziyyət” müzakirə ediləcək.

BMT TŞ-nin 15 üzvünün – 5 daimi, 10 qeyri-daimi - iştirakı ilə açıq rejimdə keçiriləcək iclası TŞ-yə hazırda rəhbərlik edən ABŞ aparacaq. Prosedura görə daimi və qeyri-daimi üzv ölkələrin hamısının nümayəndəsi çıxış edəcək, o cümlədən, Azərbaycan və Ermənistan nümayəndələri.

İclasda üç sənədin qəbulu mümkündür: qətnamə, bəyanat və ya mətbuata açıqlama;

Mətbuata açıqlama ən aşağı statuslu sənəd hesab edilir, o cümlədən, bəyanatın da praktiki icrası yoxdur. Bu baxımdan, İrəvan Bakıya qarşı qətnamənin qəbul edilməsinə çalışır, hərçənd, bu, siyasi və hüquqi baxımdan qeyri-mümkün görünür.

Siyasi: TŞ-nin qətnaməsi ya konsensus, ya da səs çoxluğu ilə qəbul edilir. Ən azı 9 səs lazımdır və 5 daimi üzvdən heç biri veto qoymamalıdır. 15 üzv ölkə arasında Azərbaycanın haqlı mövqeyini dəstəkləyən olacaq, eləcə də daimi üzvlərdən ən azı Rusiya bölgədəki maraqlarına görə veto hüqundan istifadə edə bilər;

Hüquqi: BMT Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bu baxımdan, Qarabağdakı proseslərə Azərbaycanın prizmasından yanaşma olacağı gözləntisi var, misal üçün, ərzaq təminatının Ağdam-Xankəndi marşrutu üzrə daşınmasının TŞ-nin iclasında da ön plana çıxacağı mümkündür;

Asif Nərimanlı
Siyasi şərhçi


Xəbər 1415 dəfə oxunub.




10.04.2025  13:55 

Nazim Quliyevə 8 il iş verildi

10.04.2025  09:15 

Bu yollarda sıxlıq var - Siyahı

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi


BÜTÜN XƏBƏRLƏR +