“Atlant“ İstirahət Mərkəzinə həbs qoyuldu
Tramp Azərbaycanı alqışladı - SƏBƏB?
Penitensiar Xidmətdə ixtisarlar başlayır?
DİN-dən “uçan taksi“ ilə bağlı açıqlama....
Prezident Türkiyəyə işgüzar səfər edib
Ərinə xəyanət edən müğənnilə bağlı... - TV-də araşdırma başladı
Azərbaycan sərhədə qüvvə yığır?
Argentina Xamneyinin həbsini tələb edir
Nazim Quliyevə 8 il iş verildi
Kadırov cinayətkarın meyitini meydanda nümayiş etdirdi


26.12.2022  12:07 

Müharibə iştirakçıları ilə bağlı iş məhkəməyə göndərilib





A+  A-

Qarabağ müharibəsi iştirakçıları və digər mülki şəxslərin əmlaklarını qanunsuz yolla ələ keçirən şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib.

XəzərNews.az Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, Qarabağ müharibəsi iştirakçıları və digər mülki şəxslərin əmlaklarının qanunsuz yolla ələ keçirilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Aparılmış istintaqla müəyyən edilib ki, 2021-ci ilin dekabrın 29-dan cari ilin iyulun 22-dək Elvin Əliyev qohumu Ənvər Əkbərovla özlərini Azərbaycan Respublikası ali dövlət orqanının vəzifəli şəxsi kimi təqdim etməklə birdəfəlik maddi yardım köçürüləcəyi barədə inandırıb ödəniləcək yardımın 10 faizi məbləğində vəsaitin əvvəlcədən depozit qismində özünün təqdim etdiyi bank hesabına köçürülməsinə və zərərçəkmiş şəxslərin hesablarına mədaxil edilməsinə nail olub. Respublikanın müxtəlif bölgələrində yaşayan 22 nəfər I Qarabağ müharibəsi iştirakçısı və 17 nəfər digər mülki şəxs olmaqla, cəmi 39 nəfər şəxsə aid ümumilikdə 16 min 765 manat pul vəsaitini ələ keçirib, o cümlədən 12 min 308 manat məbləğində pul vəsaitini leqallaşdırıb.

Toplanmış sübutlar əsasında Elvin Əliyev və Ənvər Əkbərova Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 (dələduzluq), 193-1.2.1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xəbər 1244 dəfə oxunub.




10.04.2025  13:55 

Nazim Quliyevə 8 il iş verildi

10.04.2025  09:15 

Bu yollarda sıxlıq var - Siyahı

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi


BÜTÜN XƏBƏRLƏR +