“Atlant“ İstirahət Mərkəzinə həbs qoyuldu
Tramp Azərbaycanı alqışladı - SƏBƏB?
Penitensiar Xidmətdə ixtisarlar başlayır?
DİN-dən “uçan taksi“ ilə bağlı açıqlama....
Prezident Türkiyəyə işgüzar səfər edib
Ərinə xəyanət edən müğənnilə bağlı... - TV-də araşdırma başladı
Azərbaycan sərhədə qüvvə yığır?
Argentina Xamneyinin həbsini tələb edir
Nazim Quliyevə 8 il iş verildi
Kadırov cinayətkarın meyitini meydanda nümayiş etdirdi


28.08.2020  15:21 

Sahibkarların nəzərinə!





A+  A-

Sahibkarlığın İnkişafı Fondu sahibkarlara müraciət edib.
XəzərNews.az-a daxil olan məlumatda qeyd edilir:

“Pandemiyanın sahibkarlıq fəaliyyətinə mənfi təsirlərinin aradan qaldırılmasına istiqamətlənmiş kompleks tədbirlər çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu dövlət zəmanəti olmayan mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılmasını davam etdirir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq, sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə hesablanmış faizlərə görə onlara subsidiyalar verilir.

Bu mexanizm dövlət zəmanəti olmayan mövcud 1 milyard manat kredit portfelini əhatə edir və həmin portfel üzrə sahibkarların 10 mart 2020-ci il tarixədək manatla aldıqları kreditlər üzrə faiz dərəcəsinin 10 faiz bəndi dövlət tərəfindən maliyyələşdirilir. Maliyyələşdirmə mart ayından başlayaraq 12 ay ərzində həyata keçiriləcək. Bu məqsədlə 100 milyon manat nəzərdə tutulub. Bunun 50 milyon manatı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ayrılan vəsait hesabına, 50 milyon manatı isə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına təmin ediləcək. Bu, zərər çəkmiş sahibkarların kredit yükünü azaltmaqla yanaşı, bankların likvidliyinin artırılmasına da müsbət təsir edəcək.

Sahibkarlığın İnkişafı Fondu bir daha sahibkarların nəzərinə çatdırır ki, faiz subsidiyası əldə etmək üçün kredit aldıqları təşkilata müraciət edə bilərlər. Sahibkarlıq subyektləri sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən dəstək tədbirləri, o cümlədən dövlət zəmanətli kreditlərin verilməsi və faizlərin subsidiyalaşdırılması barədə ətraflı məlumatı Sahibkarlığın İnkişafı Fondunun rəsmi internet səhifəsindən (www.edf.gov.az) və ya Fondun Sahibkarlara Xidmət Mərkəzinə zəng etməklə (telefon: +994 12 310 23 00) əldə edə bilərlər”.

Xəbər 2611 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.04.2025  13:55 

Nazim Quliyevə 8 il iş verildi

10.04.2025  09:15 

Bu yollarda sıxlıq var - Siyahı

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi


BÜTÜN XƏBƏRLƏR +