“Atlant“ İstirahət Mərkəzinə həbs qoyuldu
Tramp Azərbaycanı alqışladı - SƏBƏB?
Penitensiar Xidmətdə ixtisarlar başlayır?
DİN-dən “uçan taksi“ ilə bağlı açıqlama....
Prezident Türkiyəyə işgüzar səfər edib
Ərinə xəyanət edən müğənnilə bağlı... - TV-də araşdırma başladı
Azərbaycan sərhədə qüvvə yığır?
Argentina Xamneyinin həbsini tələb edir
Nazim Quliyevə 8 il iş verildi
Kadırov cinayətkarın meyitini meydanda nümayiş etdirdi


14.11.2019  10:07 

Sabir Rüstəmxanlı qardaşının Almaniyada saxlanılmasından DANIŞDI





A+  A-

“Hadisə barədə məlumatlıyam. Ümid edirəm ki, məsələ araşdırıldıqdan sonra aydınlaşacaq”.
XəzərNews.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında sabiq deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı qardaşı Əlövsət Əliyevin adının Almaniyada miqrant alverində hallanmasından danışarkən bildirib.

S.Rüstəmxanlı qeyd edib ki, Əlövsət Əliyev miqrantlara yalnız hüquqi yardım göstərib:

“O Azərbaycandan qanunsuz miqrant aparmaqda günahlandırılır. Amma Əlövsət insanlara hüquqi yardım edib, bundan da hamımız məlumatlı idik. Mən burada heç bir cinayət tərkibi görümürəm”.

Saxta sənədlərin hazırlanmasına gəlincə, S.Rüstəmxanlı qardaşına qarşı irəli sürülən bu iddia ilə razılaşmır:

“Əlövsətin saxta sənəd düzəltmək kimi işlərlə əlaqəsi və imkanları yoxdur. O ancaq hüquqi yol göstərə bilər ki, insanlar o ölkəyə hansı yolla gedə bilər. Əvvəl də onların evinə gəliblər və axtarışlarda heç bir saxta sənəd tapılmayıb. İndi də tapılan sənədlərin heç biri Əlövsətin evindən çıxmayıb”.

Qeyd edək ki, Almaniya polisi ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərində yoxlama aparıb, miqrant alveri ilə məşğul olan azərbaycanlılardan ibarət dəstə saxlanılıb.

Məlumatlara görə, saxlanılan dəstədə “Legat” İnteqrasiya Mərkəzinin sədri Əlövsət Əliyev də var.

Xəbər 1983 dəfə oxunub.



10.04.2025  13:55 

Nazim Quliyevə 8 il iş verildi

10.04.2025  09:15 

Bu yollarda sıxlıq var - Siyahı

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi


BÜTÜN XƏBƏRLƏR +