Mixail Saakaşvili: “İlham Əliyev regionun lideridir...“
Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı
Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
Ağ Ev Harvard Universiteti üçün qrantları dayandırır


04.06.2019  15:23 

“Gənclərin internetdə milli maraqların müdafiəsinə cəlb edilməsi“ mövzusunda tədbir keçirilib





A+  A-

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Paradiqma” İctimai-siyasi tədqiqatlar ictimai birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) Konfrans zalında “Gənclərin internet səhifələrində, o cümlədən sosial şəbəkələrdə milli maraqların müdafiəsinə cəlb edilməsi” layihəsi çərçivəsində sayca ikinci tədbir keçirib.
İB-dən XəzərNews.az-a verilən məlumata görə, tədbir çərçivəsində “Paradiqma” ictmai siyasi tədqiqatlar ictimai birliyinin sədri, professor Elman Nəsirov layihənin qarşısında duran məqsəd və vəzifələrə diqqəti cəlb edərək vurğulayıb ki, müasir informasiya əsrində informasiya cəbhəsində qalib gələn tərəf, bütün digər müstəvilərdə də qələbəni təmin etmək üçün geniş mövqe üstünlüyü əldə etmiş olur: “Bu reallığı bir an belə unutmadan informasiya “silahı”nın verdiyi bütün imkanlardan maksimum faydalanmalı və bu istiqamətdə hücum taktikasına üstünlük verilməlidir. Heç şübhəsiz, məsələyə bu kontekstdə yanaşdıqda gənclərin internet səhifələrində, o cümlədən sosial şəbəkələrdə milli maraqların müdafiəsinə cəlb edilməsi ilə bağlı layihənin həm elmi, həm də siyasi aktuallıq kəsb etdiyi qənaətinə gələ bilərik”.

Tədbirdə çıxış edən ekspert Mürtəza Həsənov (“Paradiqma” İB), Hacı Əliyev, tələbələr Yadulla Həsənli, Ruslan Rzayev, Aytən Bayramova, Səbinə Abdullayeva, Cavid Zeynalov və başqaları layihənin əhəmiyyətindən bəhs ediblər, onun reallaşdırılması istiqamətində atılacaq addımlar haqqında fikir və mülahizələrini ifadə ediblər.

Sonra layihə ətrafında geniş fikir mübadiləsi aparılıb, konkret təklif və tövsiyələr irəli sürülüb.

Təqdimat mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşı, QHT təmsilçiləri, mətbuat nümayəndələri, müxtəlif ali məktəblərin bakalavr, magistr və doktorantları iştirak edib.




Xəbər 949 dəfə oxunub.




15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +