“Atlant“ İstirahət Mərkəzinə həbs qoyuldu
Tramp Azərbaycanı alqışladı - SƏBƏB?
Penitensiar Xidmətdə ixtisarlar başlayır?
DİN-dən “uçan taksi“ ilə bağlı açıqlama....
Prezident Türkiyəyə işgüzar səfər edib
Ərinə xəyanət edən müğənnilə bağlı... - TV-də araşdırma başladı
Azərbaycan sərhədə qüvvə yığır?
Argentina Xamneyinin həbsini tələb edir
Nazim Quliyevə 8 il iş verildi
Kadırov cinayətkarın meyitini meydanda nümayiş etdirdi


11.05.2017  10:54 

Azərbaycanda manatın ÜDM-dəki payı - Göstərici yaxşıdır, yoxsa pis?





A+  A-

Azərbaycanda manat bazasının Ümumi Daxili Məhsuldakı (ÜDM) payı 11.4 faizdir. Bu ilin ilk rübündə Mərkəzi Bankın təşkli etdiyi depozit hərracları vasitəsi ilə pul bazası daha 600 milyon manat azalaraq 6.8 milyard manata düşüb.
XəzərNews.az xəbər verir ki, iqtisadçı Vüqar Bayramov bildirib ki, Dünya Bankın məlumatına əsasən, pul bazasının ÜDM-də payı 89.9 faiz, Mərkəzi Avropa və Baltik ölkələrində 63.3 faiz, Türkiyədə 63.1 faiz, Gürcüstanda 42.1 faizdir. Böyük Britaniyada isə pul bazası ÜDM-dən 1.3 dəfə çoxdur:

“Rusiyada bu göstərici 42,5 faiz, Qazaxıstanda isə 42.1 faizdir. Göründüyü kimi, pul bazasının ÜDM-də payı Azərbaycanda digər ölkələr ilə müqayisədə xeyli kiçikdir. Bunun əsas səbəbi 2014-2015-ci illərdəki intervensiya və 2016-ci ildən başlanan manat sterilizasiyasıdır.
Pul bazasının məhdudlaşdırılması manatın məzənnəsini və eləcə də infilyasiya səviyyəsini tənzimləməyə imkan versə də, real sektorda xərcləmələri məhdudlaşdırır. Müasir anti-böhran nəzəriyyələrinin əsas fəlsəfəsi xərcləmələrin təşviq edilməsidir. Xərcləmələrin genişlənməsi real sektorun inkişafı baxımdan vacibir. İstehlakçı pul xərcləməlidir ki, biznes inkişaf etsin. Pul bazasının kiçilməsi manat qıtlığı yaradır ki, bu da birbaşa istehlakçıları xərcləməyə deyil, imkan daxilində yığıma təşviq edir”.

Ekspert bildirib ki, sərt pul-kredit siyasəti manat bazasının genişləndirilməsinə imkan vermir:
“Banklarda nağdlaşdırma ilə bağlı limitləri və qadağaları da bura əlavə etsək, o zaman manat bazasının real sərhədlərini təsvir etmək çətin olmaz. Təəssüf ki, sərt pul-kredit siyasəti manat bazasının genişləndirilməsinə imkan vermir ki, bu da real sektorun əsas çətinliklərindən birinə çevrilib. Bu baxımdan, pul bazasının məhdudlaşdırılması siyasətinin bazanın optimallaşdırılması siyasəti ilə əvəz olunmasına ehtiyac var. Manat qıtlığı nəinki uzun, hətta orta müddətli dövr üçün iqtisadi baxımdan arzuolunan deyil. Real sektorun və eləcə də qeyri-neft sektorunun inkişafı birbaşa pul bazasının optimallaşdırılması səviyyəsi ilə bağlı olduğundan manat bazasının genişləndirilməsinə ehtiyac var”.

Xəbər 1095 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.04.2025  13:55 

Nazim Quliyevə 8 il iş verildi

10.04.2025  09:15 

Bu yollarda sıxlıq var - Siyahı

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi


BÜTÜN XƏBƏRLƏR +