“Atlant“ İstirahət Mərkəzinə həbs qoyuldu
Tramp Azərbaycanı alqışladı - SƏBƏB?
Penitensiar Xidmətdə ixtisarlar başlayır?
DİN-dən “uçan taksi“ ilə bağlı açıqlama....
Prezident Türkiyəyə işgüzar səfər edib
Ərinə xəyanət edən müğənnilə bağlı... - TV-də araşdırma başladı
Azərbaycan sərhədə qüvvə yığır?
Argentina Xamneyinin həbsini tələb edir
Nazim Quliyevə 8 il iş verildi
Kadırov cinayətkarın meyitini meydanda nümayiş etdirdi


19.04.2017  14:16 

İki nazirlik üz-üzə - 50 min manatlıq açıqlama QALMAQAL yaratdı





A+  A-

Bakıda keçirilən Ticarət festivalı çərçivəsində (Baku Shopping Festival) alıcılara qaytarılan ƏDV-nin miqdarının açıqlanması iki nazirliyi çətin vəziyyətdə qoyub.
XəzərNews.az BakiPost.az-a istinadən xəbər verir ki, söhbət Mədəniyyət və Turizm Nazirliyi ilə Vergilər Nazirliyindən gedir. Belə ki, nazirliklərin 1 gün fərqlə açıqladığı rəqəmlər arasında ciddi fərq olduğu məlum olub.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dünən jurnalistlərə açıqlamasında Vergilər Nazirliyinin festivalın başladığı gündən indiyə qədər alıcılara 350 min manatdan çox vəsaiti geri qaytardığını bildirmişdi.

Vergilər nazirinin müavini İlkin Vəliyev isə bu gün mətbuata açıqlamasında nazirin açıqladığı rəqəmi təkzib edib. O bildirib ki, Baku Shopping Festival çərçivəsində indiyədək alıcılara 300 min manatdan artıq ƏDV qaytarılıb.

Onun sözlərinə görə, bu vəsaitin 95%-i Azərbaycan vətəndaşlarına ödənilib.

Beləliklə, nazirliklərin açıqladığı rəqəmlər arasındakı fərq 50 min manat təşkil edir.

Xəbər 2118 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.04.2025  13:55 

Nazim Quliyevə 8 il iş verildi

10.04.2025  09:15 

Bu yollarda sıxlıq var - Siyahı

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi


BÜTÜN XƏBƏRLƏR +