Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


14.07.2024  20:06 

Özbəkistanlı gənc müğənni ‘’Bayatı-Şiraz’’ını oxudu -Video





A+  A-

Özbəkistanda keçirilən ‘’O səs Özbəkistan’’ mahnı yarışmasında gənc müğənni Dilnoza Akbarova (Əkbərova) ‘’Bayatı-Şiraz’’ oxuyub.

Xəzərnews.az xəbər verir ki, ifa münsifləri və tamaşaçıları ovsunlayıb.

Qardaş ölkədə keçirilən ‘’O səs Özbəkistan’’ mahnı yarışmasında gənc müğınni Dilnoza Akbarova (Əkbərova) vaxtilə Tacir Şahmalıoğlunun oxuduğu stildə ‘’Bayatı-Şiraz’’ oxuyub. Əməkdar artist Təyyar Bayramovun oğlu Kənan Bayramovun Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalındakı ifasından sonra yeni nəfəs və yeni həyat qazanan ‘’Bayatı-Şiraz’’ımız hazırda Türk Dünyasını dolaşmaqda və özünə heyran qoymaqdadır.

Bu ifadan da göründüyü kimi, "Bayatı-Şiraz" özbək münsifləri və tamaşaçıları da sehrləyir. Buna görə də həmin möhtəşəm video-parçanı oxucularımızın seyrinə təqdim edirik.

‘’Bayatı-Şiraz’’ 7 əsas muğam dəstgahlarımızdan biridir. Bayatı isə türk ədəbiyyatında lirik şeir, mahnı janrıdır. Bayat həm də qədim türk tayfalarının birinin adı olub. Dahi şair Məhəmməd Füzuli də bu tayfadan olub.

“Bayatı-Şiraz” muğamı öz gözəl, axıcı melodikasına və dərin təsir qüvvəsinə görə musiqiçilər tərəfindən çox zaman “ərusi – musiqi” (“musiqinin gəlini”) adlandırılır. Üzeyir Hacıbəyov “Bayatı-Şiraz”ı emosional baxımdan qəmli əhvali-ruhiyyə daşıyan muğam kimi xarakterizə edib.

Üzeyir Hacıbəyov ‘’Bayatı–Şiraz’’ haqqında yazır: "Bədii – ruhi təsir cəhətdən... ‘’Bayatı – Şiraz’’ dinləyicidə qəmginlik hissi oyadır." Mirzə Fərəcin tərtib etdiyi muğam dəstgahları içərisində ‘’Bayatı – Şiraz’’ dəstgahı 17 şöbə və guşədən ibarətdir.//Musavat.com



Xəbər 11170 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +