Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb


17.02.2022  11:18 

Deputat ölümlə təhdid edilir? - DİN-dən açıqlama





A+  A-

Ötən gün sosial şəbəkələrdə deputat Tahir Kərimlinin videosu yayılıb. Videogörüntülərdə parlamentari ölümlə hədələndiyini bildirib.

“Ey məni ölümlə hədələyən, sən məni öldürməklə adi bir insanı ortadan götürəcəksən. Amma mənim yerimə minlərlə oğul yetişəcək ki, onlar dövlətimizi daha da irəli aparacaq. Sən heç kimsən.

Mən təkcə 10 milyon deyiləm, qüdrətli dövlətlər qurmuş və gələcəkdə də qüdrətli dövlətlər quracaq 50 milyondan böyük bir millətin nümayəndəsiyəm", - deputat məlum videoda bu sözləri deyib.

XəzərNews.az xəbər verir ki, modern.az saytı deputatın ölümlə hədələnməsi ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) münasibət öyrənib.



DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev saytımıza bildirib ki, daxili işlər orqanlarına deputat Tahir Kərimli tərəfindən ölümlə hədələndiyi barədə hər hansı şikayət daxil olmayıb.

Qeyd edək ki, deputat Tahir Kərimlinin özü ilə əlaqə saxlamağa çalışsaq da, o telefon zənglərinə cavab verməyib.


Xəbər 1983 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +