Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb


12.11.2020  15:43 

Rəsmi Moskvadan həmsədrlərlə bağlı açıqlama





A+  A-

“Rusiya, ABŞ və Fransanın daxil olduğu ATƏT-in Minsk Qrupu həmsədrləri üçlüyünün tərkibinin genişləndirilməsi planlaşdırılmır”.
XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov yerli və xarici jurnalistlərin iştirakı ilə keçirilən mətbuat konfransında bildirib.

“Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlər üçlüyünün tərkibini genişləndirmək planı yoxdur. Dediyim kimi, daim əlaqə saxlayırıq, dünən Jan - İv Le Drian (Fransa xarici işlər naziri- red.) ilə danışdım. Heyətim həmsədrliyin Dağlıq Qarabağla bağlı işini təmin edən Amerika təmsilçiləri ilə əlaqə saxlayır”.

O bildirib ki, növbəti həftə Minsk qrupunun Fransa və ABŞ-dan olan həmsədrlərinin Moskvaya səfəri gözlənilir.

“Biz onlara sülhməramlı qüvvələri necə yerləşdirdiyimizi barədə ətraflı məlumat verəcəyik və ehtimal ki, dediklərimlə - Dağlıq Qarabağ və ətrafındakı bütün etnokonfessional icmaların hüquqları nəzərə alınaraq dinc bir həyat qurmağa necə kömək edə biləcəyimiz barədə məsləhətləşəcəyik”.

Xəbər 2051 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +