Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır
Sədr iki ildə 1,7 milyon manatdan çox qazanıb
Sənətçi Ercan Saatçi da həbs edildi
Jurnalist İsmayıl Saymaz saxlanılıb
Cinayət təşkilatının lideri Əkrəm İmamoğlu! - Rəsmi
Sabiq Baş prokurorun milyonluq yatırımları...


29.11.2022  10:28 

“ABŞ Bakı və İrəvan arasında sənədin imzalanmasını istəyir“





A+  A-

"Son zamanlar Azərbaycan - Ermənistan sərhəddində və Qarabağda iki ölkə arasında baş verənlər Cənubi Qafqazın müharibənin bir addımlığında olmasının göstəricisidir. Bu fonda, region dövlətlərinin susqunluğu və eskalasiyanın qarşısını almaması, bunun əksinə olaraq Aİ və ABŞ dan xüsusi nümayəndələrin Bakıya təcili danışıqlar üçübən eyni vaxtda gəlmələri diqqətdən yayınmamalıdır".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə siyasi şərhçi Zaur Məmmədov çıxış edib.

Z.Məmmədov bildirib ki, ABŞ ilin sonuna qədər Bakı və İrəvan arasında hansısa sənədin imzalanmasını istəyir:

"Son 20 ildə ilk dəfə olaraq ABŞ administrasiyaları içərisində məhz Blinkenin komandasının Cənubi Qafqazda bu qədər aktivləşməsi, əlbəttə ki, qeyd edilməlidir. Təbii ki, okeanın o tayı Rusiya və İran prizmasından məsələlərə baxaraq aktivlik nümayiş etdirir və tərəfləri sülhə səsləyir".

Siyasi şərhçi qeyd edib ki, sülhün əldə edilməsi üçün ilk və əsas şərt Ermənistanın Qarabağ məsələsində manipulyasiyadan əl çəkməsidir:

"İndiki halda Paşinyanın Qarabağ Azərbaycanın ərazisinə daxildir ifadəsini işlətməsi gözlənilən deyil. Bu fonda, Vardanyanın Xankəndində peyda olması, onunla "sülh qurucuları" arasındakı isti münasibətlər, Müdafiə Nazirliyimizin son bir neçə gündə hər gün toponimlərlə bağlı etiraz etməsi diqqətlərdən yayınmamalıdır. Hər halda, hazırda bölgə ətrafında baş verən hadisələr, qonşu dövlətlərdə siyasi hakimiyyətlərin ömürləri ilə bağlı gözləntilər, gələcəkdə Qərb - İran, Qərb- Rusiya münasibətlətində digər ssenarilər Xankəndi və ətrafı məsələsində bəzi addımların atılmasını tələb edir. Lakin, ABŞ və Aİ nümayəndələrinin son səfərləri müəyyən məsələlərlə bağlı hələki gözləyəcəyimizə dəlalət edir. Seçim Paşinyanındır. Məsuliyyət onundur".

Xəbər 941 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq


BÜTÜN XƏBƏRLƏR +