Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır
Sədr iki ildə 1,7 milyon manatdan çox qazanıb
Sənətçi Ercan Saatçi da həbs edildi
Jurnalist İsmayıl Saymaz saxlanılıb
Cinayət təşkilatının lideri Əkrəm İmamoğlu! - Rəsmi
Sabiq Baş prokurorun milyonluq yatırımları...


13.11.2020  21:54 

Putin Qarabağda humanitar mərkəzlə bağlı fərman imzaladı





A+  A-

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda humanitar məsələlərin həlli məsələsi üzrə video-toplantı keçirib.
XəzərNews.az TASS-a istinadən xəbər verir ki, Putin bundan sonra “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin işlədilməsinə ehtiyac olmadığını bildirib.

“Ümid edirəm ki, biz artıq bundan sonra “Dağlıq Qarabağ münaqişəsi” ifadəsindən istifadə etməyəcəyik. Tezliklə digər məsələləri müzakirə etməyə davam edəcəyik. Onlardan biri, əlbəttə daha əhəmiyyətlidir”, - deyə Putin humanitar mövzuya diqqət çəkib.

O bildirib ki, Dağlıq Qarabağın mülki əhalisinin əlavə yardıma ehtiyacı var. Rusiya Prezidenti, həmçinin, vurğulayıb ki, Dağlıq Qarabağda atışma və toqquşmalar tamamilə dayandırılıb. O deyib ki, Dağlıq Qarabağda ölənlərin sayı 4 mindən çoxdur, yaralıların sayı isə 8 mini ötüb.

Putin Rusiya Federasiyasının Dağlıq Qarabağdakı vəziyyətə humanitar reaksiya verməsi üçün Qurumlararası Humanitar Yardım Mərkəzinin yaradılmasını təklif edib. O, bu mərkəzə beynəlxalq dəstəyin də olacağına ümid etdiyini vurğulayıb.

Sonda Putin bununla bağlı fərman imzalayıb. Fərmana əsasən, Humanitar Yardım Mərkəzinə Fövqəladə Hallar Nazirliyi, Xarici İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti daxil ediləcək. Təşkilati məsələlər isə Müdafiə Nazirliyinə həvalə olunub.

“Ümid edirəm ki, mərkəzin fəaliyyəti bütün bu strukturlar tərəfindən tam dəstəklənəcək. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, YUNESKO ilə də konstruktiv, tam hüquqlu bir iş qurmaq lazımdır. Müstəqil Dövlətlər Birliyinin də dəstəyinə və töhfəsinə ümid edirik. Bu vacib işin bütün mümkün iştirakçıları ilə sıx qarşılıqlı əlaqə saxlayacağıq”, - deyə Putin qeyd edib.

Xəbər 2921 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq


BÜTÜN XƏBƏRLƏR +