Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


12.12.2018  20:04 

Bakıda arvadını 5-ci mərtəbədən atan vəzifəli şəxslə bağlı - Qərar





A+  A-

Bakıda həyat yoldaşını yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq öldürən Ramiz Taxvelinin barəsində həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.
XəzərNews.az Publika.az-a istinadən xəbər verir ki, bu gün Nəsimi rayon Məhkəməsində təqdimat təmin edilib.

Ramiz Taxvelinin barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, dekabrın 9-da Nəsimi rayonu ərazisində Adeliya Taxvelinin yaşadığı mənzilin eyvanından özünü atması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən istintaq və əməliyyat tədbirləri görülüb.

Araşdırmalarla A.Taxvelinin münaqişə zəminində əri R.Taxveli tərəfindən qəsdən eyvandan atılması müəyyən edilib. Hadisədən sonra Ramiz Taxveli tutulub. Ona məxsus “Lexus” markalı avtomobilə baxış zamanı 5,647 qram marixuana aşkar edilərək götürülüb.

Qətlə yetirilən Adelya Taxveli “Atəşgah Sığorta” şirkətinin əməkdaşı olub. Onun anası Gənclər və idman naziri Azad Rəhimovun xalası qızıdır.

Qətli törədən Ramiz Taxveli isə “Buta Palas”ın art direktoru olub. O, Azərbaycan SSR Xalq Artisti Gülağa Məmmədovun qızının övladıdır.

Xəbər 1554 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +