Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...
Erməniəsilli şəxslərin məhkəməsi davam edir
Azərbaycanlı Ukrayna müharibəsində həlak olub
Bizim başqa vasitəçiliyə ehtiyacımız yoxdur - Mirzoyan
Üç ölkənin nazir müavinləri Tbilisidə bir araya gəldi
Bu sınaqdan da üzüağ çıxacağıq - Mütəllim Rəhimov
42 həkim plastik cərrah kimi işləyə biləcək
Əvəz Zeynallının işinə bu tarixdə baxılacaq
Milli komandanın idmançısı cinsi təcavüzə məruz qalıb


14.04.2025  12:58 

Zelenski Trampı Ukraynaya dəvət etdi





A+  A-

ABŞ prezidenti Donald Tramp müharibəni bitirmək üçün planlar hazırlamazdan əvvəl Ukraynaya səfər etməlidir.

XəzərNews.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski bu barədə aprelin 13-də CBS News-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu yolla Amerika prezidenti "burada nə baş verdiyini anlaya" biləcək.

"Biz sizin mövqeyinizə hörmət edirik. Amma lütfən, hər hansı qərar qəbul etməzdən, danışıqlar üçün planlar qurmazdan əvvəl gəlib insanlara, mülki şəxslərə, hərbçilərə, dağıdılan xəstəxanalara, kilsələrə, öldürülən uşaqlara baxın", - Zelenski Trampa müraciət edib.

O, əvvəlcə yerdəki vəziyyətə baxmağa və yalnız bundan sonra müharibəni bitirmək üçün plana uyğun hərəkət etməyə çağırıb.

"Siz kiminlə sövdələşdiyinizi başa düşəcəksiniz. Siz Putinin nə etdiyini başa düşəcəksiniz", - prezident deyib.



Xəbər 1500 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +