Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


17.09.2019  10:37 

Müsavat qurultay üçün BŞİH-yə müraciət edəcək





A+  A-

“Çalışacağıq ki, 9-cu Qurultay şəffaflıq və demokratiya baxımından yeni bir nümunə olsun. Əminəm ki, Müsavat Partiyasının üzvləri ən düzgün olan qərarları qəbul edəcəklər”.
XəzərNews.az bildirir ki, bunu “Qafqazinfo”ya açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı deyib. Onun sözlərinə görə, Müsavat Partiyasının qurultayı həmişə böyük əks-səda doğurub: “Qurultayda prosedurlara tam şəkildə əməl olunur. Demokratik seçkilər keçirilir. Çalışacağıq ki, 9-cu Qurultay şəffaflıq və demokratiya baxımından yeni bir nümunə olsun. Əminəm ki, Müsavat Partiyasının üzvləri ən düzgün olan qərarları qəbul edəcəklər. Müsavat Partiyasında başqanlığa namizədlərin irəli sürülməsi dövrü hələ tam dəqiqləşməyib. Bu dövrdə yəqin ki, başqa namizədlər də olacaq”.
A.Hacılı vurğulayıb ki, bu, Müsavat Partiyasının növbəti qurultayıdır: “Qurultayda partiya başqanının, Nəzarət Təftiş Komissiyasının hesabatları dinləniləcək. Hesabatlar ətrafında müzakirələr aparılacaq. Eyni zamanda, Müsavat Partiyasının başqanı, Nəzarət Təftiş Komissiyası və Məclis üzvləri seçiləcək. Bundan əlavə, cari məsələlər zamanı müəyyən qərarlar qəbul ediləcək. Partiyanın nizamnaməsində müəyyən dəyişikliklərin edilməsi nəzərdə tutulub. Qurultayın keçirilməsi üçün yerin ayrılması ilə əlaqədar bu günlərdə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediləcək”.

Qeyd edək ki, bugünə kimi başqanlığa 2 nəfər namizədliyini irəli sürüb. Bunlar Tofiq Yaqublu və Yadigar Sadıqlıdır. Hələ ki, A. Hacılı namizədliyini rəsmi şəkildə irəli sürməyib.

Xəbər 2110 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +