Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


02.05.2023  20:42 

17 mərtəbəli binanın 18-ci mərtəbəsi tikildi - Bakıda





A+  A-

Xətai rayonu, Həsən Salmani küçəsi, 17 ünvanında “Sahil” MTK-nın tikdiyi 17 mərtəbəli binanın qanunsuz olaraq 18-ci mərtəbəsi tikilib.

Sözügedən ünvanda yerləşən 17 mərtəbəli binanın 18-ci mərtəbəsində mansard salınıb və qanunsuz olaraq satılıb.

Bu azmış kimi, binanın fasadında quş qanadına bənzər tikili də sökülüb. Görünür binanın mansardında tikilən evlərin sakinlərinin şəhər panoramını görməsinə maneçilik törətdiyi üçün bu tikilini söküblər. Görüntülərdən də aydın görmək olur ki, sözügedən binada qanunsuz işlər aparılır.

Qanunvericiliyə əsasən, qanunsuz tikintilərin söküntüsü Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilir.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov açıqlama verərək bildirib ki, bu cür icazələrin hər biri Bakı şəhər Arxitektura Komitəsi tərəfindən verilir. İcra Hakimiyyətinin bu gün tikinti ilə bağlı sərəncam vermək hüququ yoxdur. Bütün bu işlər sözügedən qurum tərəfindən həyata keçirilir./“Qaynarinfo”

Xəbər 1051 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +