Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


03.07.2020  14:43 

Saatlıda su probleminə görə yolu bağladılar - DİN açıqlama yaydı





A+  A-

Daxili İşlər Nazirliyi Saatlı rayonunda bir qrup sakinin su probleminə görə yolu kəsməsi ilə bağlı açıqlama verib.
Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov XəzərNews.az-a açıqlamasında bildirib ki, bu gün səhər saat 10:30 radələrində Saatlı rayonunun bir qrup kənd sakini toplaşaraq ərazidən keçən magistral avtomobil yolunu bağlamağa cəhd ediblər:

“Dərhal hadisə yerinə rayonun polis şöbəsinin əməkdaşları və rayonun digər aidiyyatı qurumlarının rəhbər şəxsləri gəliblər. Sakinlərlə profilaktik söhbətlər aparılıb, onlardan bir neçə sakin rayon icra hakimiyyəti başçısı tərəfindən qəbul edilib. Heç bir insident, polisə qarşı müqavimət olmayıb. İctimai asayiş tam bərpa olunub. Yolu bağlamağa cəhdin qarşısı alınıb”.

Xəbər 8934 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +