Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


05.04.2020  17:35 

Sinqapurda tibbi maskalar pulsuz paylanılır





A+  A-

Sinqapurun hakimiyyət orqanları çoxistifadəli tibbi maskaların pulsuz paylanılmasına başlayıb.
XəzərNews.az yerli KİV-lərə istinadla xəbər verir ki, hökumət bu maskaların sıradan çıxana qədər istifadə edilə biləcəyini deyir.

“Çoxistifadəli maskalar cərrahi maskalar qədər olmasa da, bəzi baza müdafiəsini təmin edə bilər. Hazırki qlobal tibbi maska çatışmazlığı nəzərə alınarsa, bu tədbirlər cərrahi maskaların, ona daha çox ehtiyacı olanlar, yəni səhiyyə işçiləri üçün qalmasına imkan verəcək”, - deyə bəyanatda bildirilir.

Sinqapur hakimiyyəti, həmçinin vətəndaşlara evdə qalmağı və bir mənzildə yaşayan yaxın ailə üzvlərindən başqa heç kimlə ünsiyyət qurmamağı tövsiyə edib.

Qeyd edək ki, mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronovirusun yayılmasını pandemiya elan edib. Təşkilatın son məlumatına görə, artıq dünyada 1 milyon 210 mindən çox yoluxma və 65 min 449 ölüm faktı qeydə alınıb.

Sinqapurda yeni koronavirusa 1189 nəfər yoluxub, 6 nəfər isə bu xəstəlikdən həyatını itirib.

Xəbər 1366 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +