Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


01.03.2017  21:41 

Şəhid ailələri ilə bağlı yazılanlara - Nazirlikdən reaksiya





A+  A-

“Hər dəfə cəbhə xəttində vəziyyətin gərginləşdiyi hallarda bəzi elektron media resursları və sosial şəbəkələrdə şəhidlərimiz, onların ailə üzvləri, ön xətdə xidmət edən hərbi qulluqçular və ümumiyyətlə cəbhəboyu zonadakı vəziyyətlə bağlı qərəzli, xoşagəlməz yazıların dərc edilməsi və şərhlərin paylaşılması müşahidə edilir".
XəzərNews.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik son günlər bəzi elektron media resursları və sosial şəbəkələrdə şəhidlərimiz, onların ailə üzvləri, ön xətdə xidmət edən hərbi qulluqçular və ümumiyyətlə cəbhəboyu zonadakı vəziyyətlə bağlı yazılanlara reaksiya verib:

"Silahlı Qüvvələrimizin əsgərindən tutmuş generalınadək hər bir şəxs ön xətdə, əmrlə ona tapşırılmış istiqamətdə, səngərdə və mövqelərdədir və bu məsələdə heç bir ayrı-seçkiliyə yol verilmir.

Orduda, xüsusilə də cəbhədə xidmət edən hərbi qulluqçuların yerdəyişməsi rotasiya qaydasında, mütəmadi olaraq, planlı şəkildə və növbəli surətdə həyata keçirilir.

Şəhidlərin ailə üzvlərinin hisslərinə və ön xətdə xidmət edən hərbi qulluqçuların mənafeyinə toxunan bu kimi qərəzli yanaşmalar düşmən üzərində qələbəmiz naminə görülən işlərə kölgə salır və ümumi məqsədimizə xələl gətirməklə yanaşı erməni təbliğatının maraqlarına xidmət etmiş olur”.

Xəbər 3323 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +