İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


20.06.2023  12:05 

Dəbdəbəli toy TƏBİB sədrinin karyerasına son qoya bilər





A+  A-

Xəbər verdiyimiz kimi, TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov qızı Aygül Qurbanovaya Bakıdakı dəbdəbəli restoranların birində toy edib.

Toya nazirlər, komitə sədrləri, icra başçıları, deputatlar, bir sıra ictimai-siyasi xadimlər və yüksək vəzifəli şəxslər qatılıb. Həmçinin ölkənin tanınmış sənət adamları - Aygün Kazımova, Röya Ayxan, Tünzalə Ağayeva, Zamiq Hüseynov, "Natiq" ritm qrupunun rəhbəri Natiq Şirinov və başqaları da toyda qonaq olublar. KİV-lərin yazdığına görə, TƏBİB sədri məclisi şənləndirən sənətçilərə üst-üstə 100 min manatdan çox qonorar ödəyib. Həmin gün restoranda bir yerin qiyməti isə 350-400 manat civarında olub.

XəzərNews.az xəbər verir ki, yenisabah.az-ın əldə etdiyi məlumata görə, yüksəvəzifəli məmurun dəbdəbəli toy etməsi onun karyerası üçün ciddi problem yaradıb. Vüqar Qurbanovun yaxınlarından biri saytımıza açıqlamasında bu xəbəri təsdiq edib. Onun sözlərinə görə, qızına bu cür möhtəşəm toy etməsi TƏBİB sədrini hədəf taxtasına çıxarıb.

Mənbə bildirib ki, toyla bağlı görüntülərin sosial şəbəkələrə yol tapması vəziyyəti daha da mürəkkəbləşdirib. Toydan dərhal sonra bu hərəkətinə görə Vüqar Qurbanova irad bildirilib. Ona məmurların xalqın xidmətçisi olduğu, öz davranışlarına diqqət etmələrinin vacibliyi xatırladılıb.

Məlumatlı şəxs saytımıza məlum toy məclisinin TƏBİB sədrinin karyerasına son qoya biləcəyini deyib.

Xəbər 949 dəfə oxunub.



01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +