İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


26.01.2023  12:27 

Vəzifəli şəxs pul alarkən yaxalanıb





A+  A-

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz ağac kəsməni rəsmiləşdirmək məqsədilə pul alan vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edilib.

XəzərNews.az Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətinin tərkibində olan Yaşıllaşdırma Müəssisələrinin Baş İstehsalat İdarəsinin əməkdaşı Anar Abbasəliyev və Yaşıllaşdırma Təsərrüfat Birliyinin əməkdaşı Natiq Abbasovun paytaxtda yerləşən iaşə obyektlərinin ərazisindəki ağacların qanunsuz kəsilməsinə köməklik göstərilməsi vədi ilə vətəndaşlardan pul almalarına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin, Natiq Abbasov tələb etdiyi pulun bir hissəsini alanda cinayət başında yaxalanıb.

Hər iki fakt üzrə Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb.

Qeyd olunan şəxslərə Cinayət Məcəlləsinin 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə ittiham elan edilib, barələrində məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırılmaqla ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hazırda cinayət işləri üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər 1018 dəfə oxunub.



01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +