İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


13.11.2017  12:06 

Zəlzələdə ölənlər arasında azərbaycanlı var? - Baş konsulluqdan açıqlama





A+  A-

İlkin məlumatlara görə, İranda baş verən zəlzələ zamanı ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur.
XəzərNews.az bildirir ki, bu barədə "Report"a Azərbaycanın İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğundan məlumat verilib.

Diplomatik nümayəndəlikdən bildirilib ki, İranın müvafiq qurumlarından bu barədə məlumat daxil olmayıb. Həmçinin İranda yaşayan və konsulluqda qeydiyyat alınmış Azərbaycan vətəndaşlarından heç kim müraciət etməyib.

Baş Konsulluqdan verilən məlumata görə, Azərbaycan vətəndaşları əsasən təbii fəlakətdən zərər çəkməyən əyalətlərdə yaşayırlar.

Xatırladaq ki, noyabrın 13-nə keçən gecə İran-İraq sərhədində 7,3 balı gücündə zəlzələ baş verib.

Zəlzələnin episentri İranın Sarpol-e-Zahab şəhərindən 32 km şimalda, İraqın Süleymaniyyə şəhərindən 100 km cənub-şərqdə, Yerin 10 km dərinliyində yerləşib. Təbii fəlakət nəticəsində 200-dən çox adam ölüb, təxminən 2500 nəfər yaralanıb.

Xəbər 2968 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +