Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


24.04.2023  12:08 

Bakıda “Kalaşnikov” satan saxlanıldı





A+  A-

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb.

XəzərNews.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadla xəbər verir ki, tədbir zamanı əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Ceyhun Kipçatov tutularaq istintaqa təqdim edilib.

Onun əlindəki idman çantasına baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat və həmin silaha aid patron darağı aşkar edilib. Ceyhun Kipçatov avtomatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Faktla bağlı 16-cı Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nərimanov Rayon Polis İdarəsinə göndərilib. Ceyhun Kipçatov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

Xəbər 4706 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +