“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


06.06.2023  13:45 

“İnsanlar inflyasiyanın qarşısını almaq imkanında deyil”





A+  A-

Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən deputat Vahid Əhmədov bildirib ki, dürüstləşdirilmiş büdcə layihəsini müdafiə edir. Həmçinin qeyd edib ki, müdafiə məsələlərinə 1,1 milyard, böyük qayıdış məsələlərinə 2,2 milyard manat vəsaitin ayrılması tamamilə əsaslıdır.

Deputatın sözlərinə görə, istər 2022-ci ilin, istərsə də 2023-cü ilin büdcə layihələri müzakirə olunarkən əsas diqqət çəkən məqamlardan biri inflyasiya və qiymət artımı olub. V.Əhmədov qeyd edib ki, rəsmi məlumatlara görə, ərzaq məhsullarında 20 faiz, dərman məhsullarında 40 faiz inflyasiya olub. Bu mənada deputat inflyasiyanın qarşısını almaq üçün ciddi addımlar atmağı zəruri sayıb.

“Azərbaycan hökumətndən xahiş edirəm ki, Rəqabət Məcəlləsi Milli Məclisə daxil olsun və biz bunu parlamentdə müzakirə edək”-V.Əhmədov hökumət üzvlərinə xitab edib.

Eyni zamanda deputat bəzi aztəminatlı insanlarla bağlı da təkliflərini səsləndirib.

“Orta aylıq maaş müəyyən qədər artırılıb, amma elə sahələr var ki, insanlar inflyasiyanın qarşısnı almaq imkanında deyil” -deyən V.Əhmədov qiymət artımı və inflyasiyanı nəzərə alaraq, əməkhaqqı və pensiyaların artımı ilə bağlı addımlar atmağı zəruri sayıb.

Bundan başqa, o, yol, nəqliyyat, su problemlərinin həlli ilə bağlı məsələlərə də diqqət çəkib. Eyni zamanda bildirib ki, Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən layihələrlə bağlı Hesablama Palatası tərəfindən ciddi nəzarət həyata keçirilməlidir./Musavat.com

Xəbər 1272 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +