“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


07.02.2022  11:36 

Jurnalist Prezidentə müraciət edib





A+  A-

Bakı İstintaq Təcridxanasında saxlanılan “Azadinfo.az” MMC-nin təsisçisi və rəhbəri Mahir Ələkbərov (Xəttab) Prezident İlham Əliyevə müraciət edib.

XəzərNews.az xəbər verir ki, müraciətdə deyilir:

“Mən Ələkbərov Mahir Məmmədhəsən oğlu 8 ilə yaxındır ki, jurnalistika fəaliyyəti ilə məşğulam. Media fəaliyyətim dövründə daima Sizin rəhbərlik altında ölkədə yürüdülən daxili və xarici siyasəti dəstəkləməklə bərabər, dövlət orqanlarının qanunazidd fəaliyyətini tənqid etmişəm.

Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hökmü (sədrlik edən hakim Azər Tağıyev) ilə barəmdə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilib.

Qeyd edim ki, barəmdə çıxarılan hökm qanunsuz və ədalətsiz olmaqla Sizin ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində yürütdüyünüz siyasətə kölgə salmağa xidmət edir. Mən həmişə dövlətimin və onun başçısının ədalətinə inanmışam.

Belə ki, Siz 44 günlük müharibə dövründə də düşmənə belə ədalətli davranmaqla sözün əsl mənasında dünyaya ədalət, düzgünlük və həqiqətin aşkara çıxarılması sahəsində lider olduğunuzu sübut etdiniz. Sizin ədalətinizə inanmaqla ümid edirəm ki, barəmdə çıxarılmış hökm apellyasiya instansiya məhkəməsi tərəfindən ləğv ediləcəkdir.

Yuxarıda göstərilənləri nəzərə alaraq, mənim barəmdə çıxarılmış hökmün ləğv edilməsi üçün işimi öz nəzarətinizə götürməyinizi Sizdən xahiş edirəm.

Xəbər 1776 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +