“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


25.02.2021  09:48 

Paşinyanın sözlərini ələ salan general istefaya göndərildi





A+  A-

General-leytenant Tiran Xaçatryan Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini vəzifəsindən azad edilib.
XəzərNews.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, müvafiq fərmanı Ermənistan prezidenti Armen Sarkisyan imzalayıb.

Sənəddə qərarın baş nazir Nikol Paşinyanın təklifi əsasında qəbul edildiyi qeyd olunub.

Xaçatryanın istefaya göndərilməsinin səbəbi Yerevan.today saytına açıqlamasında Paşinyanın sözlərini ələ salması olub. Belə ki, Xaçatryan Paşinyanın keçmiş prezident Serj Sarkisyanın “İskəndər” raketlərindən istifadə olunmaması ilə bağlı ittihamlarına münasibətini şərh edərkən gülüb və bu cavabı qeyri-ciddi adlandırıb: “Əlbəttə, mümkün deyil… Necə? İskəndər? Bir atəş?... 10%? Bağışlayın, amma bu gülməlidir”.

Xaçatryan istefaya göndərilənədək Ermənistan Müdafiə Nazirliyi sözügedən açıqlama ilə bağlı jurnalistin onun sözlərini təhrif etdiyini bəyan etmişdi.

Xatırladaq ki, N. Paşinyan “1in.am” saytına müsahibəsində İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı “İskəndər” raketindən istifadə etdiyini etiraf edib. O, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın Azərbaycanla müharibənin 3-4-cü günündə nə üçün “İskəndər” raketindən istifadə edilməməsi ilə bağlı ittihamına cavabında bildirib ki, müharibədə əslində “İskəndər”dən istifadə olunub, amma raket partlamayıb.

Xəbər 2755 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +