“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


19.06.2019  13:58 

Erməni deputatlar Bakıya gəlməkdən imtina etdilər





A+  A-

Sabah Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin 53-cü sessiyası keçiriləcək
XəzərNews.az xəbər verir ki 53-cü sessiya iyunun 18, 19, və 20-də da Bakıda təşkil olunacaq.

QDİƏT-in Parlament Məclisinin 53-cü sessiyasına Ermənistandan da nümayəndə heyətinin qatılacağı da gözlənilirdi.

Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının nümayəndə heyətinin üzvü Musa Quliyev Modern.az-a açıqlamasında Ermənistan nümayəndə heyətinin sessiyaya qatılmayacağına münasibət bildirib:

“Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin 53-cü sessiyası beynəlxalq tədbirdir. QDİƏT baş katibliyi tərəfindən hər bir nümayəndə heyətinə dəvət göndərildiyi kimi, Ermənistan nümayəndə heyətinə də dəvət göndərilib. Tədbirə qatılıb-qatılmayacağına isə Ermənistan özü qərar verə bilər. Hansı səbəbdən gəlmədiklərini deyə bilmərik. Bizə məlum olmayan səbəblərdən görüşə qatılmayıblar. Qatılmasalar belə tədbir yüksək səviyyədə davam edəcək. Həmçinin, ermənilər şou göstərməyi yaxşı bacarırlar. Onların futbolçusu da, deputatı da şou göstərməklə məşğuldur”.

Qeyd edək ki, QDİƏT-in Parlament Məclisinə sədrlik əlifba sırası əsasında, rotasiya qaydasına uyğun olaraq 6 ay müddətində həyata keçirilir.

Qaydaya görə, Məclisə sədrliyi ölkənin parlamentinin rəhbəri həyata keçirəcək. Bakı sessiyasında QDİƏT-in baş katibliyi və müavinliyinə seçkilər həyata keçiriləcək. Bu baxımdan növbəti 6 ay müddətində QDİƏT-in baş katibi olan Asəf Hacıyevin və Yunanıstan nümayəndəsinin namizədliyi irəli sürülüb.

Xəbər 1866 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +