“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


29.04.2019  11:09 

“Neft ölkələrinin gündəlik gəliri 332 milyon dollar azaldı”





A+  A-

“Ötən həftənin son iş günündə ABŞ Prezidenti Donald Trampın Səudiyyəyə zəngi Brent markalı neftin bir barelinin qiymətinin 74.48 dollardan 71.21 dollaradək azalmasına səbəb oldu. Trampın zəngi neftin qiymətində 5 faizə yaxın azalmaya gətirib çıxarıb. Qlobal neft təklifini gündəlik 101.42 milyon barel olduğunu nəzər alsaq bir zəng neft ölkələrinin “qara qızıl” satışından gündəlik gəlirinin 332 milyon dollar azalmasına səbəb olub”
XəzərNews.az xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov sosial şəbəkədə paylaşıb. O, qeyd edib ki, mart ayında Azərbaycanın gündəlik neft ixracatınn 798 min barel olduğunu nəzərə alsaq, o zaman Tramp zənginin ölkəmizə daxil olan gündəlik neft gəlirlərini 2.6 milyon azaltdığı aydın olur: “Qeyd edək ki, bu mənfəət gəliri deyil, xərclər daxil olmaqla Əməliyyat Şirkətinin payı daxil olmaqla əldə edilən bütün gəlirdir. Göründüyü kimi, Ağ evdən edilən bir zəng neft bazarındakı qiymət artımlarını tormuzladı və yenidən “qara qızıl” ucuzlaşmağa başladı. Qeyd edək ki, ABŞ Prezidentinin zəngindən sonra OPEK-in hasilatı artıracağı və dünya bazarına daha çox neft çıxaracağı gözlənilir.

Əgər bir zəng neftin dünya bazar qiymətini hiss edilən dərəcədə dəyişə bilirsə, deməli, neft ölkələri üçün enerji gəlirlərindən asılılığın aradan qaldırılması əsas prioritet olmalıdır. Bu həmçinin “neft bumunun” bir daha qayıtmasının mümkünsüzlüyünə işarədir. Azərbaycan üçün də həm ixracatda, həm də büdcə gəlirlərində neftin payının azaldılması növbəti illərdə də əsas hədəf olaraq qalmalıdır. Kənar müdaxilələr ilə istənilən zaman neftin qiymətinin kəskin ucuzlaşması mümkündür.

Beləliklə, neftin qiyməti məqbul hesab olunsa da belə son baş verənlər enerji bazarı üçün nikbin əhval-ruhiyyə ilə formalaşdırmır. Bütün hallarda, Beynəlxalq Enerji Akademiyasının rəhbərinin bəyan etdiyi kimi, neft ölkələri üçün neftdən asılılığın aradan qaldırılması və iqtisadiyyatın şaxələnməsi “şokların təsirlərindən” sığortalanmağın yeganə alternativsiz yolu olaraq qalmaqdadır”.

Xəbər 1215 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +