“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


06.02.2019  14:26 

AFFA “Qarabağ”ın məşqçisini cəzalandırdı





A+  A-

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
XəzərNews.az xəbər verir ki, yığıncaqda Topaz Premyer Liqasının XV turunda baş verənlərlə bağlı qərarlar çıxarılıb.

“Zirə” – “Sabah” matçında hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar hərəyə 800 manat cərimə olunub.

Oyunun 25-ci dəqiqəsində “Sabah”ın 19 №-li futbolçusu Məqsəd İsayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə edilib.

Görüşün 62-ci dəqiqəsində “Zirə”nin 6 №-li futbolçusu Vüqar Mustafayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 1600 manat ziyana salıb.

“Zirə” və “Sabah” matçın protokolunu vaxtında təqdim etmədiklərinə görə hər iki klub 800 manat cərimə ödəyəcək.

“Qəbələ” – “Sumqayıt” qarşılaşmasında hakimlər otağında lazımı inventarlar olmadığına görə klub 1600 manat ödəməlidi.

“Qarabağ” – “Neftçi” matçının 70-ci dəqiqəsində qonaqların 5 №-li futbolçusu Anton Krivatsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyunun 90+2-ci dəqiqəsində “Qarabağ”ın 2 №-li futbolçusu Qara Qarayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə edilib.

Oyunun 10-cu dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimələnib.

Matçdan əvvəl “Qarabağ”ın məşqçisi Mario Dobromirov hakimlər otağına icazəsiz daxil olduğuna görə klub 1600 manat ödəyəcək.

Xəbər 1420 dəfə oxunub.



18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +