“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


18.10.2018  11:56 

“İrşad Telekom”un rəhbərinin ölüm səbəbi açıqlandı





A+  A-

Sentyabrın 14-də dünyasını dəyişən və intihar etdiyi bildirilən "İrşad Electronics" MMC-nin rəhbəri İrad Hacıyevin ölümü ilə bağlı təyin edilən ekspertizanın nəticəsi məlum olub.
XəzərNews.az xəbər verir ki, Publika.az-a açıqlama verən mərhumun qardaşı, tanınmış rejissor Əhəd Hacıyev deyib ki, məhkəmə-tibbi ekspertizası qardaşının qəbul etdiyi ürək dərmanı səbəbindən vəfat etdiyini bildirib. Belə ki, həmin gün evdə tək olan iş adamı ürəyindəki narahatlıq səbəbindən bir neçə həb qəbul edib. Lakin bu həblər onun vəziyyətinin yaxşılaşmasına kömək etməyib və İ.Hacıyev tormboemboliya (ürək damarlarının tromblaşması) səbəbindən vəfat edib.

Əhəd Hacıyev əlavə edib ki, qardaşının hər hansı problemi, sıxıntısı olmayıb: "O, neçə il idi ki, anamızı xaricdə müalicə etdirirdi və hadisədən iki gün sonra ora uçmalı idi. Necə ola bilər ki, bu qədər mübarizə aparan, həyata bağlı olan insan intihar etsin. Həm də onun maddi sıxıntısı, problem yox idi. Şirkətin işləri də normal gedirdi. Ailəsi, övladları, hər şeyi qaydasında idi və onun psixologiyasına təsir edə biləcək bir şey baş verməmişdi”.

Qeyd edək ki, 1978-ci il təvəllüdlü Hacıyev İrad Ağahüsyn oğlunun ölüm faktı ilə bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Mərhumun ailəsi ekspertiza rəyindən sonra cinayət işinə xitam veriləcəyini bildirib.

Xəbər 2103 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +