“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


25.07.2018  12:05 

25 nəfər bir-birini qucaqlayıb yandı





A+  A-

Xəbər verdiyimiz kimi, Yunanıstanda başlayan meşə yanğınları artıq paytaxt Afinaya qədər çatıb.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, 77 şəxsin ölümünə səbəb olan meşə yanğınlarından qaçmaq üçün dənizə sığınanların bir qismi boğulub, xeyli insan isə itkin düşüb.

Yanğın baş verən zaman Afinaya səyahət edən Giannis Labropoulos gördüklərini BBC-ə danışıb:

“20 metr uzağı görmək mümkün deyildi. Bir anda istini yanımızda hiss etdik və yanğın olduğunu gördük. Yanğın çox sürətli yayılmağa başladı və mən gördüklərimə inana bilmirdim”.

Ən böyük dəhşət isə Mati kəndində yaşanıb. Belə ki, yanğından qaçmaq istəyən 25 nəfər sıldırım qayalığa qalxıb. Ya oradan tullanmaq, ya da kı yanaraq ölmək arasında seçim etməli olan sakinlər bir-birinə qısılaraq son ana kimi qayada xilas olmağı gözləyib. Ancaq saatlar sonra əraziyə enə bilən xilasetmə əməkdaşları aralarında uşaqların da olduğu həmin 25 nəfərin bir-birini qucaqlamış halda cəsədlərini tapa bilib.

Yanğın zamanı Matidə olan George Vokos və ailəsi dənizə tərəf qaçaraq həyatda qalmağı bacarıb:

“Maşınlarımı və evimi itirdim. Ancaq ən dəhşətlisi orada yaşananlardır. İki qadın qucağımda can verdi. Xoşbəxtlikdən mən sağ qala bildim”.

Ancaq dənizə qaçanlardan hamı sağ qala bilməyib. Belə ki, bu yolu seçən yüzlərlə insanı dənizdə yüksək dalğalar qarşılayıb. Odur ki, xeyli insanın dənizdə itkin düşdüyü və boğulanların olduğu bildirilib.

Xəbər 1543 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +