“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


11.06.2018  09:26 

Ceyranbatanı zibilləyən kimlərdir?





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində məişət tullantılarının qalaqlanması ilə bağlı daxil olan şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
XəzərNews.az xəbər verir ki, araşdırma zamanı tullantıların əraziyə Samur-Abşeron Kanalı İstismar və Ceyranbatan Su Təchizatı İdarələrinin işçiləri və torpaq mülkiyyətçisi tərəfindən atıldığı məlum olub.

Faktlarla bağlı Samur-Abşeron Kanalı İstismar İdarəsinin nəzarətçisi Aqil Əsgərov, Ceyranbatan Su Təchizatı İdarəsinin nəzarətçisi Tural Rzayev və torpaq mülkiyyətçisi Xudaqulu Məmmədov barəsində protokollar tərtib olunub və qanun pozucuları ümumilikdə 2100 manat məbləğində cərimə ediliblər.

Tullantıların ərazidən təmizlənməsi üçün Samur-Abşeron Kanalı İstismar və Ceyranbatan Su Təchizatı İdarələrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Xəbər 1164 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +