“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


08.04.2017  10:37 

Nərimanovda “QƏTLİAM“ - Ağaclar kəsilib yerində obyekt tikiləcək





A+  A-

“Ərazi satılıb, nəsə tikəcəklər”
Söhbət Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsindən gedir. Bu küçənin bir hissəsində 10-a yaxın ağac kəsilib və tikiləcək obyekt üçün şərait yaradılıb.

XəzərNews.az bildirir ki, bu haqda Skrom.Net-ə rayon sakinləri xəbər veriblər. Sakinlərin sözlərinə görə, buranı təmizləyib, obyekt tikəcəklər. Hətta həmin ərazidə hələ də “cəlladların” toxunmadığı ağacların da taleyi sual altındadır.

Sakinlər deyirlər ki, geridə qalan ağacları da kəsəcəklər: “Ərazi böyük ehtimal satılıb. Çünki yaşayış və ya obyekt olmayan bir yerin girişinə asfalt çəkiblər. Ərazidə olan ağaclar kəsilib. Yeri düzlənir. Həmçinin köhnə taxtalar və ərazidə əşyalar yığılıb. Məlumat var ki, yol boyu bütün ağaclar kəsiləcək və yerində müxtəlif obyektlər tikiləcək. Bu tamamı ilə qanunsuzdur.

…yol boyu bütün ağaclar kəsiləcək və yerində müxtəlif obyektlər tikiləcək

Bakıda bir az ağac qalıb. Onları da pul üçün, kimlərinsə cibi dolacaq deyə kəsirlər. Nərimanov rayon icra hakimiyyətinin bundan xəbəri yoxdur? Onun xəbəri olmadan daşı-daş üstünə qoymaq olmur. Sadəcə xırda-xırda işləyirlər ki, diqqət çəkməsin”.

Nərimanov rayonunda oxşar hadisələr tez-tez baş verir. Ağaclar kəsilir, yerində binalar ucalır. Və hər birinin də yerli icra hakimiyyətindən imzalı sənədi olur. Bu da o deməkdir ki, qanunsuz tikintiyə qanuni don geyindirən elə Nərimanov rayon icra hakimiyyətidir.

Mövzunu diqqətdə saxlayacağıq.





Xəbər 2259 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +