“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


07.07.2023  09:30 

Elçin Sadıqovun vəkil kimi fəaliyyəti dayandırılıb





A+  A-

İctimai-siyasi fəalların, tənqidçi jurnalistlərin hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqovun fəaliyyəti dayandırılıb. Buna iyulun 6-da Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında qərar verilib. Qərara əsasən, Elçin Sadıqovun Vəkillər Kollegiyası üzvlüyündən çıxarılması üçün məhkəməyə müraciət olunacaq.

XəzərNews.az xəbər verir ki, Elçin Sadıqov AzadlıqRadiosu-na bildirib ki, onunla bağlı qərar verilən iclasda özü iştirak etməyib. Bu qərardan media vasitəsilə xəbər tutub. O, vəkillik fəaliyyətinin dayandırılmasını siyasi qərar adlandırıb.

Sadıqov ümid edir ki, onun iştirakıyla yenidən iclas keçiriləcək və bir daha bu məsələyə baxılacaq.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti “haqqın.az” saytının rəhbəri Eynulla Fətullayevin şikayəti əsasında bu qərarı çıxarıb. Fətullayevin şikayəti isə “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının keçmiş rəhbəri, 2 il yarımdır həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat pul alınıb, “Xural.com” saytının təsisçisi Əvəz Zeynallıya verilməsi iddiasıyla bağlıdır. Fətullayev iş adamının vəkili olmuş Sadıqovun bu işdə vasitəçilik etdiyini vurğulayıb və məsələnin araşdırılmasını tələb edib.

Fətullayevin şikayəti Vəkillər Kollegiyasına 2022-ci ilin sentyabrında daxil olub. Elçin Sadıqov hesab edir ki, həmin şikayətə indi baxılıb qərar verilməsi təsadüf deyil.

“Bu qərarı siyasi hesab edirəm. Son vaxtlar insanları işgəncədən qurtardığıma görədir”, - Elçin Sadıqov Azadlıq Radiosu-na belə deyib.

Xəbər 1155 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +